01 Oktyabr 2017
Bəs sən "Axundov kitabxanası"nı qoyub İrana niyə gedirdin?
Heyif ki, yazı elə alındı ki, Şəhriyar Del Geraninin adıyla dahi Füzulinin, Məhəmmədhüseyn Şəhriyarın adları bir məqalədə hallandı.
Məhərrəm ayı daxil olar-olmaz Elşad Miri kimi ilahiyyatçı donu geyinməsə də ilahiyyatçı kimi təqdim edilən nurçu qalığından bir cür çəkirik, Kərbəlanı gözü götürməyən başqa simasızlardan da bir başqa cür. Yenə deyərsiniz ki, bu adamlar haqda yazıb bunları məşhur etməyin. Sözüm Şəhriyar Del Gerani adlı nə olduğu düz-əməlli bilinməyən bir adamadır. Yox, onu məşhur etmək fikrim yoxdur, heç məşhur olan zad da deyil. Adamlar İranda həbs də edildilər bir-iki gün dildən-dilə düşdülər, daha sonra itib-batdılar. Arada-bərədə məşhur olmaq, "mən də varam" demək üçün də müəyyən zaman gözləyirlər. Məsələn məhərəmlik ayının gəlişini...
Deməli, sosial şəbəkədə Kərbəlaya getməsiylə bağlı yazan bir müğənniyə "məsləhət" verib ki, müğənni Kərbəlaya deyil, "Axundov" kitabxanasına getsin.
Əlbəttə, kişi indi düşünüb ki, güya nəsə fəlsəfi bir ideya ortaya qoyub. Daha demir ki, dini, elm ilə, məscidi kitabxana ilə qarşı-qarşı qoyan insanlara çoxdan tutarlı cavablar verilib. Özü də bu cavabları verənlər heç də Del Geranidən kitab oxumaqda dala qalan deyillər.
Del Geraninin adı Şəhriyardır, amma heç rəhmətlik Məhəmmədhüseyn Şəhriyarın dırnağı qədər də deyil. Nə şeriyyatda, nə kitab oxumaqda, nə xarici dil bilməkdə, nə də mənəviyyatda. Şəhriyar Şəhriyarlığı ilə Kərbəla aşiqi idi. Hələ Məhəmməd Füzuli rəhmətliyi demirəm. Görəsən İmam Hüseynin (ə) hərəmini silib-süpürməklə ömrünü başa vuran Füzulinin İmam Hüseynlə (ə) bağlı yazdıqlarını oxumayıbmı Del Gerani.
Bir həqiqəti də unudur ki, bu gün istənilən məsciddə kitab tapıb oxumaq olur. Ola bilər məsciddə Delgeraninin mənasız, səviyyəsiz şeirləri yazılan kitablar qoyulmasın. Axı bu bəşər övladının nəyinə lazımdır.
Müğənninin Kərbəlaya getməsinə gəldikdə isə, kişi gedib mənəviyyat toplasın. İndi Del Gerani deyər ki, məgər Bakıda mənəviyyat toplamaq olmur? Niyə olmur? Lap yaxşı olur! Amma İranda şeir festivalına qatılmaqla Bakıda – şeirə qiymət verilməyən bir şəhərdə şeir oxumaq arasında nə qədər fərq varsa Kərbəlada mənəviyyat zənginləşdirməklə Bakıda bu işi görmək arasında da o qədər fərq var. Sən əgər "Axundov" kitabxanasına gedənsənsə bəs İranda nə işin var idi? "Axundov" kitabxanasını qoyub nə üçün İrana yollanmışdın. Şeir yazmaqdansa camaatın baş-beyninin sərsəm şeirlərlə aparmaqdansa get kitabxanada "etikaf" saxla da.
İran, Şəhriyar, Füzulidən söz düşmüşkən. Heyif ki, yazı elə alındı ki, Şəhriyar Del Geraninin adıyla dahi Füzulinin, Məhəmmədhüseyn Şəhriyarın adları bir məqalədə hallandı. Bilmək olmaz, bəlkə Del Gerani Şəhriyarı, Füzulini də ötüb keçəcək. Niyə də olmasın. Amma Del Gerani unutmasın ki, bu "qafa" ilə o "Biləcəridən o tərəfə" getsə də İranda olduğu kimi tutub onu sərsəm fikirlərinə görə ya həbs edib tənbih edəcəklər, ya da deyəcəklər qardaş, sən Allah get hardan gəlmisən ora, şərivü bizdən uzaq elə.
İran şairləri İmam Hüseynə (ə) olan məhəbbətlərinə görə daha çox sevilirlər, amma heyif ki, bizdə sovet ədəbiyyatı çürüyüb yerini Delgerani kimi şairlər tutmağa başlayır.