25 Sentyabr 2017
BİZİM DÖVRÜMÜZLƏ İMAM HÜSEYNİN (Ə) DÖVRÜNÜN OXŞARLIĞI
Düşünməyin ki, bir millətin dəyərlərini əzmək üçün hökmən kənardan kimsə gəlməlidir.
Bu günün özündə də bir nəfər İslam cəmiyyətini öz həqiqi yolundan azdırmaq istəsə, həmin üç amil olan tamah, təhdid və təbliğ vasitələrindən istifadə etmək məcburiyyətində qalacaq. Siz elə fikirləşməyin ki, bir millətin taleyini dəyişmək üçün hökmən ayrı-ayrı dövlətlər rol oynamalıdır. Xeyr, o millətin öz arasında olan münafiqlər, İslamın əvvəllərində olan münafiqlərin imam Hüseynin (ə) başına gətirdikləri işdən az iş görmürlər. O zamanın özündə də ehtiyac yox idi ki, Rum, Çin və ya İrandan gəlsinlər. İmam Hüseyn əleyhissəlamın qatilləri öz əmioğlanları idi.
Qüreyş qəbiləsinə çatan tayfaları nəzərdə tutmuram. Bəni-Üməyyə və Bəni-haşimdən olanlar əmioğlu idilər. Bu günkü cəmiyyətdə özümüzkülərin xəyanəti az imiş kimi, xaricdən də bunlara kömək edirlər. Amma birbaşa rolu daxildəki amillər ifa edirlər. Düşünməyin ki, bir millətin dəyərlərini əzmək üçün hökmən kənardan kimsə gəlməlidir. Xaricilər daxili amilləri araşdırıb üzə çıxardıqdan sonra onlara təbliğatın himayəsi, maddi köməklik göstərmək və ya digər formalarda yardım edirlər; məsələn onu aranı qarışdırıb, suyu bulandırmaq və fitnə-fəsad törətməklə gücləndirirlər. Düzdür ki, belə fitnələrin çoxu daxili qüvvələrin əli ilə olur. Amma münafiqlər xarici deyillər? Elə burada doğulub, boya-başa çatan adamlardır. Bunların çoxu din və millətin xidmətçisi adı ilə ortalığa çıxıblar. Bu gün İslamın, imam Hüseynin (ə) əleyhinə çıxış edən düşmən öz cəmiyyətimizdə böyümüş adamlardan seçilir. Bu şəxslər bir müddət İslam adından danışıb, din və milləti müdafiə edən şəxslər olur. Amma bu gün bu dəyərləri inkar edir, ona qarşı çıxır! Deyir: “İslam dini bu günün tələblərinə cavab vermir”. Belə şəxslərin Amerikadan gəlməsi lazım deyil; özümüzdə də bu kimi mənfur simalar tapılır. Qeyd etdik ki, bunlar adi şəxslərdən olmur, onlar bir zaman millətin hamisi sayılırdılar. Belələri demokratiya adı, azadlıq şüarı ilə istədikləri xəyanəti edirlər. Əgər bu arada xarici qüvvələr də at oynadıb, meydan sulayırlarsa, məhz bu cür xainlərin hesabına olur. Təəssüflər olsun ki, belələri yüksək məqamlara asanlıqla yiyələnir, hökumət dairələrinə nüfuz edir, kütləvi informasiya vasitələrində tez-tez peyda olaraq, din haqqında öz qərəzli mövqeyini bildirirlər.

Doktor Misbah Yəzdi