29 İyul 2021
QƏDİR-XUM XÜTBƏSİNİN (HƏDİSİNİN) SƏNƏDLƏRİ
Mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm. Birincisi hidayət və nurla dolu olan Allah kitabı, ikincisi isə, Əhli-beytimdir
Sünnü ravilərinin (Peyğəmbərdən hədis rəvayət edənlərin) yüz qırx altısı bu hədisi nəql ediblər. Aşağıdakı mötəbər sünnü kitablarında bu hədis nəql olunub:
1- Məğazili “Mənaqibi Əli ibn Əbu Talib” kitabında, səh.16;
2- İbni Əsakir “Tərcümətül-imam Əli ibni Əbi Talib” kitabında;
3- İbni Üqdə “Hədisi-vilayət” kitabında birinci xəlifə Əbu Bəkrin özündən nəql edib;
4- Cəbabi “Nüxəbül-mənaqib” kitabında;
5- Cəzri “Əsnəl-mətalib”də (üçüncü səhifə, 2-ci hədis) yazır ki, bu hədis iki cəhətdən mütəvatirdir: Həm Peyğəmbərin (s), həm də Əlinin (ə) tərəfindən;
6- İbni Əsir “Üsdül-Ğabə”, 5-ci cild, səh.275;
7- Cəlaləddin Süyuti “Tarixül-Xüləfa”, səh.114
8- İbni Kəsir Dəməşqi “Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh.348;
9- Həskani “Şəvahidut-tənzil”, 1-ci cild, səh.156;
10- Bədəxşi “Fəttahun-nicat”, səh.57;
11- Həmvini “Fəraidus-səmteyn”, 1-ci cild, səh.77;
12- Xətib Bağdadi “Tarixi-bəğdad” kitabında 8-ci cild, səh.290;
13- Bəlaziri “Ənsabül-əşraf” 2-ci cild, səh.108, 45-ci hədis;
14- İbni Əbil Hədid “Şərhi-Nəhcül-bəlağə”, 4-cü cild, səh.68;
15- Qənduzi “Yənabiul-məvəddət”, səh.249;
16- Zəhəbi “Təzhibut-təhzib”, səh.3;
17- Siyuti “Əd-dürrül-mənsur”, 2-ci cild, səh.259;
18- Həmu “Tarixül-xüləfa”, səh.114;
19- İbni Kəsir “Əl-bidayətu vən-nihayə”, 5-ci cild, səh.214;
20- Müttəqi Hindi “Kənzül-ümmal”, 12-ci cild, səh.208; və 15-ci cild, səh.138;
21- Heysəmi “Məcməüz-zəvaid” 9-cu cild, səh.105;
22- İbni Həcər “Əl-isabə”, 1-ci cild, səh.304;
23- Termizi “Camiüs-səhiheyn”, 2-c cild, səh.298;
24- İbni Üqdə “Hədisül-vilayət” kitabında bu hədisi Ömərin oğlu Abdullahdan, Buxari isə “Tarixi Kəbir” kitabında Ömərin özündən nəql edir.
Kitabların çoxunda aşkar şəkildə yazılır ki, Peyğəmbər (s) “Həccətül-vida”da (Peyğəmbərin sonuncu vida həcci) beş xütbə oxudu: 1-Məkkədə, 2-Ərəfat çölündə, 3-Minada, 4-Xif məscidində, 5-Qədir-Xum çölündə. Bu xütbələrdə “Kövsər” hovuzu ilə əlaqədar on iki İmam haqda söhbət etdi.
Şafei məzhəbində və həddindən artıq təəssübkeş şəxs olan və “Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Mühübbiddin Təbəridən nəql edir ki, Peyğəmbər (s) buyurub: “Allah-taala mənim əcr və mükafatımı Əhli-beytimi sevməyinizdə qərar vermişdir. Mən qiyamət günü sizdən öz Əhli-beytim haqda sorğu-sual edəcəyəm. Mən sizin aranızda iki böyük əmanət qoyub gedirəm. O iki əmanətə sarılsanız, heç vaxt yolunuzu azmayacaqsınız. Onlardan biri digərindən daha böyük olub, göylərdən yerə birləşən Allah kitabıdır. İkincisi isə mənim itrətim və Əhli-beytimdir. Bu ikisi “Kövsər” hovuzunda mənə gəlib çatana kimi bir-birindən ayrılmayacaqlar. Məndən sonra onlarla necə rəftar edəcəyiniz haqda yaxşı fikirləşin.”
“Səvaiq” kitabının müəllifi yazır: “Səhihi-Müslüm”də və başqa kitablarda yazılıb ki, Peyğəmbər (s) bu xütbəni həccətül-vidadan qayıdanda, Rabiğ adlı məntəqənin yaxınlığında və ömrünün sonuna bir ay qalmış oxuyubdur. O, buyurub:
“Mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm. Birincisi hidayət və nurla dolu olan Allah kitabı, ikincisi isə, Əhli-beytimdir. Əhli-beytim haqda Allahı sizə xatırladıram!”
Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi. (“Əs-səvaiqül-muhriqə”, səh.228; “Səhihi-Müslüm”, Babi fəzli-Əli, 2408-ci hədis (Üçlə doqquzun arasında olan rəqəmlərə “biz”” deyirlər.))
Başqa bir səhih rəvayətdə belə buyurub:
“Mən sanki (bu il Allah dərgahına getməyə) dəvət olunmuşam və bu dəvəti də qəbul etmişəm. İndi isə sizin aranızda biri digərindən qiymətli olan iki əmanət qoyub gedirəm...”
Başqa bir rəvayətdə isə belə buyurulur:
“Bu ikisi “Kövsər” hovuzunda mənim yanıma kələnə gimi bir-birindən ayrılmayacaqlar. (Quran Əhli-beytsiz, Əhli-beyt isə Quransız mənasızdır.) Mən Allahın hüzurunda bu iki şey haqda sizdən sual edəcəyəm. Bunlardan qabağa keçməyin, əks halda həlak olarsınız. Onlar barəsində etinasızlıq da etməyin, əks halda yenə də həlak olarsınız. (Bunların əmr etdiklərinə əməl etməsəniz, hökmən həlak olarsınız.) Və bunlara heç bir şey öyrətməyin, çünki bunlar sizdən daha biliklidirlər.” (“Əs-səvaiqül-muhriqə”, səh.228) Bu kitabın müəllifi sonra yazır: “İyirimi üç və ya iyirmi doqquz nəfərdən artıq səhabə bu rəvayəti müxtəlif yollarla nəql ediblər.” (“Əs-səvaiqül-muhriqə”, səh.228)
“Təzkirətül-Xəvass”ın müəllifi yazır:
Bütün tarix alimləri yekdil fikirdədirlər ki, Qədir-Xum əhvalatı zilhəccə ayının on səkkizində, Peyğəmbər (s) həccətül-vidadan qayıdanda baş vermişdir. Peyğəmbər (s) yüz iyirmi min səhabənin qarşısında, üstü örtülü şəkildə yox, açıq-aşkar şəkildə buyurdu: “Mən kuntu mövlahu, fə Əliyyun mövlahu.” (“Təzkirətül-xəvvas”, səh.37-39)