07 Sentyabr 2017
"Nəfsini daim cəzalandıran insan xeyir tapacaq"
Qəflət, özündən xəbərsizlik dərin ruhi xəstəliklərdəndir.
Özünütərbiyədə insanın ilk yardımçısı təfəkkür, düşüncədir. Əgər dünyaya başı qatışmış insan ölümü, qəbir sorğusunu, Allahın cəzasını unudursa, o özünə nəzarət edə bilməz. Ölümü unutmaq qəflətdən doğur. Qəflətdə olan insan günahlarına, əxlaqi nöqsanlarına biganə qalır. Qəflət, özündən xəbərsizlik dərin ruhi xəstəliklərdəndir. Bu dərdin dərmanı insanın öz aqibəti barədə düşünməsidir.
İnsanın özünütərbiyəsində səmərəli tədbirlərdən biri onun yol verdiyi günaha görə özünü cəzalandırmasıdır. Günahları tərk etmək qərarına gəlmiş insan nəfsinə xəbərdarlıq edir ki, əgər günaha yol versən, səni cəzalandıracağam. Məsələn, əgər qeybət etsən, bir gün oruc tutacaq və ya bir həftə zərurətdən artıq danışmayacağam. Əgər insan hər günaha yol verəndə bir neçə saat yandırıcı yay günəşinin altında dayanmaqla cəhənnəm odu haqqında düşünsə çox faydalı olar.
Həzrət Əli (ə) buyurur: «Hər kəs qəlbini düşüncə ilə abad etsə, batini və zahiri əməlləri yaxşılaşar».
İnsanın özünütərbiyəsində səmərəli tədbirlərdən biri onun yol verdiyi günaha görə özünü cəzalandırmasıdır. Günahları tərk etmək qərarına gəlmiş insan nəfsinə xəbərdarlıq edir ki, əgər günaha yol versən, səni cəzalandıracağam. Məsələn, əgər qeybət etsən, bir gün oruc tutacaq və ya bir həftə zərurətdən artıq danışmayacağam. Əgər insan hər günaha yol verəndə bir neçə saat yandırıcı yay günəşinin altında dayanmaqla cəhənnəm odu haqqında düşünsə çox faydalı olar.
Nəfsi-əmmarəni bu cür cəzalandıran insan şeytanın nüfuz yollarını bağlayır. Maraqlıdır ki, evdə körpəni kiçik səhvinə görə cəzalandıran valideyn nə üçün böyük günahlara görə özünü cəzalandırmır?!
Həzrət Əli (ə) buyurur: «Nəfsi cilovlamaq və pis adətdən uzaqlaşmaq üçün ac qalmaq çox faydalıdır»; «Nəfsini daim cəzalandıran insan xeyir tapacaq».