30 Avqust 2017
AXİRƏTƏ VƏ QİYAMƏT GÜNÜNÜN HESAB-KİTABINA İMAN GƏTİRMƏK
Axirət aləminə əqidə o deməkdir ki, insanın qiyamət günündə bu dünyadakı əməllərinin əvəzini almağa əqidəsi olsun
Quran insanı tərbiyə edən bir kitabdır. Quran tərbiyə ilə əlaqədar məsələlərdən çox hissəsini qiyamət gününə əqidə yolu ilə həll etmək istəyir. Quranda 1400 dəfə məad, yəni axirət aləmi haqqında danışılmışdır. Bu ilahi kitabın altıda bir hissəsi insanları qiyamət gününün hesab-kitabına inanmağa çağıran ayələrdir. Axirət aləminə əqidə o deməkdir ki, insanın qiyamət günündə bu dünyadakı əməllərinin əvəzini almağa əqidəsi olsun. Belə bir əqidə insanın ruhunun tərbiyəsinə böyük təsir bağışlayır. İndi də bu barədə bir neçə ayəyə diqqət yetirək:
1. «Ali-İmran» surəsinin 30-cu ayəsində oxuyuruq: «Qiyamət günü elə bir gündür ki, hər kəs özünün pis və yaxşı işlərini o gündə hazır görər».
«Qəmər» surəsinin 8-ci ayəsində oxuyuruq: «Gözləri yerə baxan halda qəbrlərdən çıxarlar, çəyirtkələr tək ətrafa dağılarlar».
3. “Əbəsə» surəsinin 34-37-ci ayələrində oxuyuruq:
«O gün hər kəs qardaşını, anasını, atasını, arvadını, oğul-uşağını qoyub qaçar, hamı öz hayına qalar».
Bunlar Quranda qiyamət günü haqqındakı ayələrdən bir neçəsi idi. Elə bir gün ki, günahkarlar o gündə peşman olacaqlar. Hamı bu dünyada etdikləri işlərin nəticəsini görəcək. Bu barədə olan mühüm vəzifələrdən biri də odur ki, qiyamət günü həmişə bizim yadımızda olsun. Çünki qiyamət gününə tam yəqinliyimiz olsa onu yada salmaq bizim tərbiyəmizin doğru istiqamətə yönəlməsinə güclü təsir edəcəkdir.
«Mütəffifin» surəsinin 5-7-ci ayələrində oxuyuruq:
«(Az satanlar və tərəzidə camaatı aldadanlar) Məgər bilmirlər ki, o böyük gün gələndə diriləcəklər?! O gün insanlar qəbirdən qalxaraq aləmlərin Rəbbinin hüzuruna axışarlar.»