Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2017

Allah-Taala dörd kəsin duasını geri qaytarmaz

Allah dörd kəsin duasını geri qaytarmaz
Peyğəmbərdən (s) nəql edilən hədislər

“Qiyamət günü mən bütün insanların günahlarını etmiş olsalar da dörd kəsə şəfaət edəcəyəm: Mənim əhli-beytimə kömək edən kəsə, ya çarəsiz qaldıqları zaman onların istəklərini yerinə yetirən kəsə, yaxud dildə və ya qəlbdə onları sevən kəsə və yaxud da əl ilə onları müdafiə edən kəsə.” Bu hədisi İmam Əli (ə) nəql edib.

Yenə də həzrət Peyğəmbər imam Əliyə (ə) vəsiyyətində buyurur: “Allah dörd kəsin duasını geri qaytarmaz: Adil imamın duasını, atanın övladı üçün etdiyi duanı, möminin mömin qardaşından ötrü etdiyi gizli duanı və məzlumun duasını. Məzlum dua edərkən nida gələr: “And olsun izzət və cəlalıma, sənin intiqamını bir neçə müddət keçsə də alacağam.”

İmanın əsası dörd şeydən ibarətdir; Allahı tanıma, Onun nemətlərini tanıma, dinin hökmlərini anlayıb dərk etmək və insanın dindən çıxmasına səbəb olacaq şeyləri bilmək.


5591 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP