Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2017

HƏCC VƏ KƏBƏ EVİNİN TƏKRARSIZ MƏQAMI

Həcc mərasimlərinin keçirildiyi zil-hiccə ayı möhtərəm aylardandır.
Əmirəlmöminin İmam Əli (ə) həclə bağlı buyurub: Həccin əhəmiyyətini artıran səbəblərdən biri də onun ideoloji və təbliği yönümüdür. Dünyamızda sübuta yetib ki, təbliğat ən təsirli müvəffəqiyyət vasitələrindəndir. Hərəkat yaratmaq üçün düşüncələrdə zəmin hazırlamaq zəruridir. Əgər biz də İslam dünyasında və ya bütün yer üzündə nəyisə dəyişmək istəyiriksə, öncə düşüncələrdə və mədəniyyətlərdə zəmin hazırlamalıyıq. İslamda bu məqsədi həyata keçirmək üçün ən münasib yol həcdir.
Həcc vaxt baxımından elə bir ayda nəzərdə tutulub ki, İslam qanunlarına əsasən savaş icazəsi yoxdur və əmin-amanlıq dövrüdür. Əlbəttə ki, ixtilaf həmişə var. Amma əksər hallarda müsəlmanlar bu qanuna riayət edir. Həcc mərasimlərinin keçirildiyi zil-hiccə ayı möhtərəm aylardandır. Bu ayda müharibə etmək haramdır. Belə bir münasib dövrdə təbliğat üçün münasib şərait olur. Məkan baxımından həcc elə bir yerdə keçirilir ki, təkcə müsəlmanlar yox, həm də qeyri-müsəlmanlar həmin yerdə özünü əmin-amanlıqda hiss edir. Bu qanun günahkar və cinayətkarlara da şamil olunur. Əgər bir günahkar qaçıb Məscidül-Hərama sığınarsa, həmin yeri tərk edənədək kimsə ona yaxınlaşa bilməz. Bu ilahi bir tədbirdir. Olsun ki, dar baxışlı insanlar bu qanunu təəccüblə qarşılaya! Onlar iddia edə bilərlər ki, bu qanun cinayətkarlara işləyir! Əslində isə dərin təhlil aparanlar bu qanunun faydalarını görür. Qanunun ehtimal olunan zərərləri isə əhəmiyyətsizdir. Əslində qanunu çıxaran tərəf onu hər tərəfli araşdırmalı, müxtəlif yönümlərdən təhlil etməlidir. Ola bilər ki, bir qanunun min faydası ilə yanaşı, cüzi zərərləri də olsun. Cüzi zərərlərə görə ümumi faydalara göz yummaq olmaz. Əksər qərar çıxarılarkən bu tənasüb nəzərə alınır. Qanun çıxarılarkən əsasən onun ümumi faydası nəzərə alınmalıdır. Şahidik ki, hərəkatımızın düşmənləri böyük müvəffəqiyyətlərə göz yumub xırda məsələləri araşdırmaqla, qaşınmayan yerdən qan çıxarırlar! Onlar İslam nizamını zalım şah rejimi ilə müqayisə edirlər. Bu qədər insafsızlıqmı olar?!
İslam bizə göstəriş verir ki, daim xeyirlə zərəri müqayisə edək. Əmirəlmöminin (ə) buyurur ki, ağıl xeyiri şərdən seçmək yox, iki şər arasından daha pisini təyin etməkdir. (“Biharul-ənvar”, c.78, s. 6, rəvayət 58, bab 15.)
Əgər dünya həyatında şər olmasaydı, daha yaxşı idi. Amma dünya həyatı belə deyil. Bu həyatda xeyir şərə qatılmışdır. Əslində bu dünyada əziz Peyğəmbər (s) və məsum imamların vücudundan savay şərsiz xeyir tapmaq mümkünsüzdür. Əgər çoxluğu nəzərə alsaq, heç vaxt xeyir şərsiz olmur. Hətta peyğəmbər və məsum imamların evində də belə olub. Əgər Peyğəmbər (s) və məsum imamların nəslini nəzərdən keçirsək, şər insanlara da təsadüf edə bilərik. İmam Hadinin (ə) oğlu Cəfər məgər «kəzzab», yəni yalançı adı ilə tanınmırdımı?! Bəli, hətta peyğəmbər və imam övladları arasında da şər insanlar olur. Məgər belə mühakimə yürütmək olarmı ki, nəslində Cəfəri-kəzzab kimisi olan haqdan danışmamalıdır?! Mümkündürmü ki, bir pis övlada görə Peyğəmbər (s) və məsum imamların bərəkətli vücuduna göz yumulsun?! Bu səbəbdən də istər təkvini (təbii), istərsə də şəriətə aid məsələlərdə son nəticənin müsbət və ya mənfi olması əsas götürülməlidir. Sırf xeyirdən ibarət nəsə axtarsaq, bu şeyi tapa biləcəyimiz inandırıcı görünmür.
Həccə də bu prizmadan baxmaq lazımdır. Həccin zərərləri, problemləri də var. Xüsusi ilə qədim zamanlarda piyada və ya yetərsiz miniklə həccə gedənlərin bir çoxu yolda xəstələnib dünyasını dəyişirdi. Quldurlar onların yolunu kəsir, var-yoxlarını əllərindən alırdılar. Bununla belə, həcc həmişə tövsiyə olunmuşdur. Çünki həccin ümumi nəticədə faydaları onun zərərlərindən qat-qat artıqdır. Öncə qeyd etdiyimiz kimi, Quran Kəbənin təkcə müsəlmanlar yox, bütün insanlar üçün nəzərdə tutulduğunu bildirir. (“Maidə”, 97.) Yəni bu ev bütün bəşəriyyət üçün bir bərəkətdir. İslam hakim olduğu vaxt başqaları da onun bərəkətindən istifadə edir.


8371 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP