Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2017

Kəbirə günahlar haqqında ayələr və onların tərcüməsi

Əgər bir şəxs özünü saxlayıb, tərifdən çəkinsə, ibadətdə riyadan uzaq olar
Qurani-məciddə kəbirə günahlardan çəkinənləri mədh edən və onları müjdələyən ayələr mövcuddur.

Birinci ayə: “Əgər qadağa qoyulmuş böyük günahlardan çəkinib onları tərk etsəniz sizin kiçik günahlarınızı örtər, sizi pak və çox gözəl bir məkana daxil edərik. Orada heç bir nöqsan yoxdur və ora behiştdir.” ("Nisa", 31)
Səğirə (kiçik) günahın olmamasını düşünən alimlər ayəni belə mənalandırır:” Bu və bundan başqa surələrdə bəyan olunmuş böyük günahlardan çəkinsəniz, əlbəttə, biz sizin keçmiş günahlarınızı bağışlayarıq.” Yəni sizin hazırda bu günahları tərk etməyiniz keçmiş günahlarınızın kəffarəsidir.

İkinci ayə: “Sizə düyada verdiyimiz ailə, övlad və sərvət kimi şeylər dünya matahıdır, ölüm vaxtı hər biri sizdən ayrılasıdır. Behişt və behiştdə olan nemətlər kimi Allahın yanında olan axirət nemətləri imanlı, yalnız Allaha təvəkkül edən, böyük günahlardan və pis işlərdən çəkinənlər, zülmü bağışlayıb əvəzini çıxmayanlar üçün daha üstündür.” ("Şura", 36, 37)

Üçüncü ayə: “Göylərdə və yerdə nə varsa Allaha məxsusdur.” ("Nəcm", 31, 32)
“Nəcm” surəsinin bu ayədən öncəki ayəsində Allah-təala öz elminin nəhayətsizliyini bəyan edir. Bu ayədə bəyan olunur ki, hər bir şəxsi əməllərinə görə cəzalandırıb günahkarları cəhənnəmə daxil etməsi bu nəhayətsiz elmin nəticələrindəndir. Allah həm də yaxşı iş görənlərə mükafat verir. Yaxşı iş görənlər isə böyük günahlardan və çirkin işlərdən çəkinənlərdir.

Saleh əməl sahibləri ismət məqamında olmadığından onlardan kiçik günahlar baş verə bilər. Amma onlar kiçik günahları təkrarlamırlar. Çünki kiçik günahların təkrarı özü böyük günahdır. Allah-təala bu ayədə kiçik günahları istisna etmişdir. Bildirilir ki, yalnız təkrarlanmayan kiçik günahlar bağışlanasıdır.
Böyük günaha yol verməyənin kiçik günahı bağışlanır. Allah-təala buyurur ki, Allahın mərhəməti böyükdür.
Bəziləri daim özünü tərif etdiyindən Allah-təala buyurur ki, Rəbbiniz sizi daha yaxşı tanıyır və özünüzü tərif etməyin. Allah təqvalı olub kəbirə günahlardan çəkinənlərdən daha yaxşı xəbərdardır.
Əgər bir şəxs özünü saxlayıb, tərifdən çəkinsə, ibadətdə riyadan uzaq olar, daha səmimi ibadət edər. Allah ona xatir yaxşılığa üz tutanların yaxşılığını zahirə çıxardır, məhəbbətini qəlblərə salır. Demək, insanın özünü tərif etməsinə ehtiyac yoxdur.

Çalış müşkü qoxusundan tanı sən,
Müşk tanınmır əttarın tərifindən.

Allah-təala Qurani-kərimdə buyurur: “Həqiqətən, Allah Onun birliyinə, peyğəmbərin risalətinə, məada inanıb, saleh, Onun razılığına uyğun işlər görənlərin məhəbbətini qəlblərə salar.” ("Məryəm", 96)


6094 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP