Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2017

İŞLƏRİN PEYĞƏMBƏR (S) VƏ İMAMLARA TƏQDİM EDİLMƏSİ

İnsanların yaxşı və pis işləri hər gün sübh çağı İslam Peyğəmbərinin (s) hüzuruna təqdim olunur
İnsanı günah qarşısında nəzarətdə saxlayan amillərdən biri də bütün işlərin Peyğəmbər və İmamlara təqdim edilməsinə əqidəli olmaqdır. Yəni Allah-təala müəyyən yollarla insanların işlərini İslam Peyğəmbərinə (s) və İmamlara təqdim edir. Bu işlər yaxşı olsa, onlar sevinir; yox əgər günah işlər olsa, onlar narahat olurlar. Biz insanlar belə bir əqidədə olsaq əməllərimizə qarşı daha diqqətli olarıq. Çünki biz öz Peyğəmbərimiz (s) və İmamlarımızın narahatlığını istəmirik.

«Tövbə» surəsinin 105-ci ayəsində oxuyuruq:
«De ki, işinizdə olun, onsuz da etdiyiniz işləri Allah, Rəsulu və möminlər (İmamlar) görəcəkdir. Tezlikləaşkarda və gizlində edilən işləri bilənin dərgahına qayıdacaqsınız. Sizi etdiyiniz işlərdən xəbərdar edəcək».

Bu barədə çoxlu hədislər də vardır. «Üsuli-kafi» kitabında bu barədə bir bölmə var ki, altı hədisdən ibarətdir. Bu hədislərin bəzisində oxuyuruq:
İnsanların yaxşı və pis işləri hər gün sübh çağı İslam Peyğəmbərinin (s) hüzuruna təqdim olunur. Lakin bu hədislərdən bəzisində təqdim olunma vaxtı cümə axşamı kimi qeyd olunmuşdur. Həmçinin, bu hədislərin müəyyən hissəsində əməllərimizin İmamların hüzuruna çatmasını da qeyd edirlər.


5571 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP