Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2017

Dünya keçid yeridir, Axirət isə mənzil

Təqva vasitəsilə görülən heç bir ibadət az deyil
Həzrət İmam Əli (ə) buyurub:

Həzrət Əlidən (ə) soruşdular: “Xeyir nədir?” Buyurdu: “Xeyir bu demək deyil ki, var-dövlətin və övladın çox olsun. Xeyir budur ki, elmin çox, əməlin kamil olsun, Allah da sənin ibadətinlə fəxr etsin. Allah da sənin o ibadətinlə fəxr edər ki, yaxşı iş görən zaman Allaha şükür, edəsən, pis iş görən zaman isə tövbə edəsən.

Dünyada iki qisim insandan başqa heç kəsdə xeyir yoxdur. Biri günahlarını tövbə vasitəsi ilə aradan aparanlar, digəri isə xeyir işlər görməyə sür`ətlə tələsənlər. Təqva vasitəsilə görülən heç bir ibadət az deyil. Bir əməl ki, Allah dərgahında qəbul olunur, az ola bilər?!

Məhəmmədin (s) dostu o kəsdir ki, onunla qohum olmasa da, Allahın fərmanlarına itaət etsin. Düşməni o kəsdir ki, qohum olsa da günahkar olsun.

Əli (ə) oğlu Həsənə (ə) buyurub: “Allahdan elə qorx ki, sanki, bütün insanların ibadəti ilə Onun dərgahına getmisən, lakin səndən qəbul edəcəyinə arxayın deyilsən və Onun rəhmətinə elə ümidvar ol ki, sanki, bütün insanların günahları ilə Onun dərgahına getmisən və ümidvarsan ki, səni bağışlayacaq.”

Dünya keçid yeridir. Axirət isə mənzil. Dünyada olan insanlar iki firqədir. Biri özünü dünyaya satır və həlak edir. Digəri isə öz canını dünyadan alır və azad edir.

Dünya və axirət iki barışmaz düşmən və iki müxtəlif yoldur. Dünyanı dost bilən axirətə düşməndir. Dünya və axirət şərq və qərb kimidir. Hansına tərəf yaxınlaşsan o birisindən uzaqlaşırsan.


5542 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP