Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2017

Peyğəmbərin vəsisinə qarşı qiyam edən qadınlar

Qorxuram mənim də vəfatımdan sonra həyat yoldaşlarımdan biri mənim vəsimə qarşı qiyam edə
İmam Sadiq (ə) həzrət Rəsuli-əkrəmdən (s) bir hədis nəql edərək buyurur:
Şüeyb peyğəmbərin qızı Safurə həzrət Musanın (ə) həyat yoldaşı idi. Ərinin vəfatından sonra Safurə, Musanın (ə) vəsisi Yuşəyə qarşı çıxaraq qiyam etdi. Yuşə qiyamçılar üzərində qələbə çaldı və Safurə əsir düşdü. Yuşə onunla çox yaxşı rəftar edərək həzrət Musanın (ə) hörmətinə onu azad etdi. Bəziləri başqalarına ibrət olsun deyə Safurənin cəzalandırılmasını istəyirdi. Yuşə onlara dedi: - Musa (ə) ilə həyat sürməsindən sonra onu cəzalandırımmı?
Sonra Rəsuli-əkrəm (s) buyurdu: Qorxuram mənim də vəfatımdan sonra həyat yoldaşlarımdan biri mənim vəsimə qarşı qiyam edə, onunla döyüşə və mənim vəsim ona qələbə çala, onu əsir edə və onunla yaxşı rəftar edə.
Bu xəbər Peyğəmbərin (ə) həyat yoldaşları arasında yayıldı. Onların hamısı toplaşıb Peyğəmbərin (s) yanına gəlib dedilər: - Biz belə bir xəbər eşitmişik. Bizim üçün dua et ki, biz də Safurə kimi peyğəmbərin vəsisinə qarşı çıxanlardan olmayaq.
Allahın rəsulu (s) onlara buyurdu: - Təqvalı olun. Məndən sonra dəvəyə minməyin və evlərinizdə oturun. And olsun məni peyğəmbərliyə məbus edən Allaha ki, Cəbrail mənə xəbər vermişdir: (Peyğəmbərin (s) vəsisinə qarşı qiyam edərək) Cəməl döyüşünə bais olanlar nifrin olunub və lənətləniblər.

Qaynaq: Həsən ibn Əli Təbəri (Abdullah Təbəri), “Kamilu-Bəhai”, c. 2, səh. 149.
Hazırladı: Seyid Zahir


5537 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP