Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2017

"Allahın ipinə sarılın" çağrısı və ümmətin İslam inqilabı

Mərhum İmam Xomeyninin (r) rəhbərliyi ilə gerçəkləşən inqilabın həqiqətən də dünyada misli-bərabəri yoxdur
"Hamılıqla Allahın ipinə sarılın və ayrılmayın! "

(Ali-imran surəsi, ayə 3)

İran xalqının vəhdət sayəsində ərsəyə gətirdiyi İslam inqilabının növbəti ildönümü qeyd edilir. Artıq "fəcr onluğu" sona çatır və əzəmətli inqilab özünün 38-ci ildönümünü yaşayır.
Hər bir xalqın tarixində baş vermiş bu kimi əlamətdar hadisələr adətən həmin xalqlar tərəfindən hər il qeyd edilir. Təsadüfi deyildir ki, belə taleyüklü hadisələrin ildönümü təkcə dövlət tərəfindən həyata keçirilmir. Burada əsas rolu xalq oynayır.
Belə tarixi hadisələrin qeyd edilməsi millətlər arasında geniş yayılmış bir ənənədir. Ələl-xüsus vətən uğrunda canından, malından keçən bir xalq bu günün qədrini daha yaxşı anlayır. Bəs nə üçün belə hadisələr tez-tez yad edilir? Ona görə ki, məhz bu kimi mərasimlərin, tədbirlərin sayəsində xalqın mücahidanə əhval-ruhiyyəsi heç zaman ölmür.
Mərhum İmam Xomeyninin (r) rəhbərliyi ilə gerçəkləşən inqilabın həqiqətən də dünyada misli-bərabəri yoxdur. Çünki bəşər indiyədək nəinki belə bir inqilabın şahidi olmayıb, üstəlik bunu təsəvvürünə belə gətirmirdi. Bu inqilaba qədər baş vermiş bütün inqilablar tarix boyu hansısa xarici ölkələrin mərkəzi kəşfiyyat idarələrinə, səfirliklərinə, qərb maliyyə qurumlarına calanıb. Dünya xalqları bu cür inqilabların doğruluğuna heç zaman inanmayıb. Əvvəllərdə səmimiyyətinə inandıqları inqilablar olsa belə sonradan xalqın gözündən düşüb yenisi ilə əvəzlənib, yaxud da xalqa sağalmaz ağır yaralar vurub.
İslam dininin hegemon dövlətlər tərəfindən sıxışdırıldığı, dinin dövlətdən, idarəetmədən qoparıldığı, dünyəviliyin bəşərin nicatı və səadəti olması təbliğ edilən dünyada İslam inqilabının hansısa xarici ölkələrin projesi olması, onlar tərəfindən dəstəklənməsi iddiasına heç kim inanmaz. Bu inqilabı digər inqilablardan fərqləndirən cəhət budur ki, bu inqilab ilahidən güc alan müsəlman xalqın dini və milli ittihadı sayəsində müvəffəqiyyətlə başa çatıb və bu günüdək nəinki təkcə İran xalqının üstəlik bütün dünya müsəlmanlarının dəstək və duasını qazanıb. Çünki həqiqətdə belə bir inqilab hansısa bir xalqa məxsus ola bilməz. Bu inqilab İslam adına gerçəkləşibsə İslam dini kimi cahanşümül olmalıdır.
Bu müqəddəs inqilabın hər zaman müsəlman dünyasının vəhdət və ittihadına xidmət etməsi bu gün də müsəlman ölkələri, alimləri tərəfindən açıq-aşkar etiraf edilir. Zülmün önündə qorxmadan dayanan, din yolunda canından keçməyə hazır olan, məzlumun yanında, zalımın qarşısında dayanmaq istəyən dini-milli qeyrəti olan hər bir şəxsə bu inqilab yol göstərir. Bu inqilabın müvəffəqiyyətlə həyata keçməsi İslami həqiqətlərin təkcə ölkə daxilində təbliğinə rəvac vermədi, üstəlik şeytanlıqla məşğul olan dövlətlərin özlərindən uydurduqları "islamları" ifşa edib dünyaya göstərdi.
Allah Quranda belə buyurur: "Hamılıqla Allahın ipinə sarılın və ayrılmayın "Ayədəki"Allahın ipi" Quran və Əhli-beyti (ə) nəzərdə tuturdu. Çünki İslam ümməti hamılıqla ancaq Qurana və Əhli-beytə (ə) sarılsa və bir-birindən ayrılmasa nicat tapar. İslam inqilabının uğuru da "Allahın ipi"ni düzgün müəyyənləşdirməsində və bu ipə möhkəm sarılmasındadır.
Quran və Əhli-beyt (ə) məktəbi və bu məktəbin ruhaniləri təhrif edilmiş digər dinlərin xadimlərindən fərqli olaraq xalqları zülm altında inləməyə, zalım önündə susmağa, dini ayinləri ancaq məbədlərdə həyata keçirməyə çağırmır. Diqqət etsəniz görərsiniz ki, Quran qövmlərin öz aqibətlərini dəyişmələrindən bəhs etdiyi kimi Əhli-beyt (ə) məktəbi də, İmam Əli (ə), Xanım Zəhra (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), xanım Zeynəb (ə) timsalında haqqı difa etməyə çağırır. Quranı Əhli-beytin (ə) təfsir etdiyi kimi anlayan, Əhli-beytin (ə) şüarlarını özünə rəhbər qərar verən müsəlmanlar isə ilahidən güc alaraq haqsızlığa göz yummur, haqq ətrafında birləşib möhkəm bir yumruğa çevrilir. Bu agahlığın sayəsində İslam düşmənləri İslama zərbə vura bilmir.
Təkcə İran xalqına deyil bütöv bir ümmətə, azadlıq istəyən bütün xalqlara yol göstərən İslam inqilabı hər bir azad ruhlu insana mübarək olsun!!!


7385 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP