19 Aprel 2014
Ərdəbilin cümə namazı – 28 mart (8 fərvərdin)
Birinci xütbə
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین
Təqva – aləmin nəfis dəyəri
Özümü və bütün əzizləri ilahi təqvaya, həqiqi bəndəliyə, Allahın razılığını qazanmağa dəvət edirəm.
İnsan üçün dünyada nəfis dəyər təqvadır. Təqva kimi həyatverici dəyər nə dünya, nə də axirətdə var. Həzrət Əli (ə) Nəhcül-bəlağənin 194-cü xütbəsində olduqca məzmunlu, ilahi sözlər buyurur. Həzrət (ə) buyurur ki, qəlb də bədən kimi süstləşir, tənbəlləşir. Həzrət qəlb deyəndə insanın ruhunu nəzərdə tutur. Ruh ona görə qəlb adlanır ki, düşüncə, ali insani sifətlərin tərbiyə olunduğu ünvandır. Xəstə qəlbin duyğu və düşüncədə payı yoxdur. Əraf, 179: "Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar..." Həzrət buyurur ki, bədən xəstəliklərinə nüsxə yazıldığı kimi qəlb xəstəliklərinə də nüsxə yazılmalıdır və onun dərmanı təqvadır. Bədəndə göz olduğu kimi qəlbdə də göz var. Fiziki göz necə kor olursa, qəlbin də gözü kor ola bilər. Fiziki göz kor olanda insan qarşısındakını görə bilmir. Qəlb gözü kor olsa, insan varlıq aləminin sahibini görməkdə aciz olur. Qəlb gözünü açmaq istəyən təqva ardınca getməlidir. Həzrət sözünün davamında buyurur ki, insanın fiziki cəhətdən xəstələnməsinin səbəbi 80 faiz ruhla bağlıdır. Xəstəlik yaradan həmişə yemək və içmək olmur. Qəm-qüssə, nigarançılıq bədənə, cismə təsirini göstərir. Həzrət buyurur ki, ruhunu süstlükdən qurtarmaq istəyən təqva sorağınca getməlidir. Demək təqva həm də bədənin xəstəliklərinə təsirlidir. Qəlbini genişləndirmək, açmaq istəyən insan təqvadan kömək almalıdır. Allah-Taala buyurur ki, yerə, göyə sığmadım amma möminin qəlbinə sığdım. İnsanın ruhu eynən bədən kimi çirklənə bilər. Bu çirki təqvadan başqa təmizləyəsi bir vasitə yoxdur. Həzrət bir söz deyir və bütün ariflər bu söz qarşısında diz çökməlidir. Həzrət buyurur ki, bəzən qəlb gözünü hicab örtür və o həyati əhəmiyyətli hadisələri görə bilmir. Axı varlıq aləmi təkcə zahiri aləmdən ibarət deyil. İnsanın səadətinə təsir edən aləm məna aləmidir və məna aləmini yalnız qəlb gözü görə bilir. Qəlb gözündən hicabı götürmək istəyən insan təqva əldə etməlidir. Həzrət sözünün davamında buyurur ki, qəlbdə asayiş, aramlıq yaradan da təqvadır. Zülmətə düşmüş insan üçün çıraq təqvadır. İnsanın belə dəyərli başqa azuqəsi varmı?! İnsan bu sərmayəni əldən çıxarmamalıdır.
Namazın ruhu və mahiyyəti
Söhbətimiz namaz haqqındadır. Deyilib ki, namazın ruhu və həqiqəti Allah hüzurunda dayanmaqdır. İbadət üçün Allah hüzurunda dayanmaq namazın mahiyyətini təşkil edir. Namazın bütün bərəkətləri bu nöqtədən başlayır. Əgər bu ruhiyyə varsa, demək olar ki, hər şey var. Bu halı daha çox hiss edən insanın ibadətdən mənfəəti də çoxdur. Həzrət Peyğəmbər (s) buyurur ki, namaz bir tərəzidir, bu tərəzinin bir gözü insanın, o biri gözü Allahın əlindədir. İnsan əlində olan tərəzi gözünə nə qoyduğunu görməlidir. Nə qədər çox şey qoysa, bir o qədər də mükafatı olacaq. Amma bu bənzətmədə tərəzi insani dəyərləri ölçə bilməyən bazar tərəzisi deyil.
Kartofu, soğanı, kələmi bazar tərəzisində ölçürlər. Qəlb tərəsizi isə başqadır. İnsan üçün əsl tərəzi namazdır. Qıldığımız namazlar bizi Allahın hüzurunda nə qədər dəyişir? Hüzuru hiss etmək insanın mərifətinin nəticəsidir. Əgər namaz mərifətlə qılınmasa, ruhsuz cisim, boş qab kimidir. Mərifətsiz namazda hərəkətverici, həyatverici güc yoxdur. İmam Səccad (ə) öz mərifəti sayəsində Allaha belə ərz edir: "Pərvərdigara, əgər namazı vacib etməsəydin, namaz qılmazdım. Sənin məqamın harada, mən harada! Mən Sənin hüzurunda necə dayana bilərdim?!"
Namaz vəzifədir, yoxsa şərəf?
Namaz vəzifədir, yoxsa şərəf? Deyilir ki, rükuda başı irəliyə aparmaq müstəhəbdir. İnsan boynunu uzadanda qəlbindən keçirir ki, əgər boynumu vursan da, qarşında dayanacağam. Demək insan elə bir əzəmətə çatıb, elə bir süfrəyə əyləşib ki, bu yolda canını da verməyə hazırdır.
İmanın təsiri
İmanın təsiri insanı əhatə etməsi, onu ağuşuna almasıdır. İman insanda Allah hüzurunu hiss etmək imkanı yaradır. Gün uzunu insan ən azı beş dəfə Allahın qarşısında dayanır. Allah Quranda buyurur ki, həm mömin, həm də kafir fərd üçün hər gün artırılar. Mömin üçün nə artırılar? Məryəm, 76: "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!" Bəli, Allah-Taala doğru yolu seçənlərin hidayətini artırır. (bax: Muhəmməd, 17). Allah möminin hidayət və təqvasına hər gün əlavə edir. İmanın xüsusiyyəti budur. Allahın hüzurunda olmağın səciyyəsi iman və təqvanın güclənməsidir. Bəs kafir üçün artan nədir? Fatir, 39: "Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!" Bəli, kafirlər üçün artan Allahın qəzəbidir. Bundan böyük müsibət nə ola bilər?! Bəqərə, 90: "Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!" İnsan elə bir iş görür ki, qəzəb üstə qəzəb gəlir. Ən böyük müsibət budur ki, insan bu qəflətdən oyanmasın, oğurluq və xəyanət etdiyi halda özünü fərasətli saysın.
Dünya həyatında Allahın qəzəbini artıran insan Cəhənnəmdə də əməllərinin nəticəsini görür. Cəhənnəm əzabı hər gün artır. Bu ayələr öz xəbərdarlığı ilə insanı silkələyir. Əgər insan xəlvətə çəkilib həmin ayələr barədə yaxşısa düşünə bilsə, faydalı olar. İsra, 97: "Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca, onların (bədənlərinin) alovunu artıracağıq!" O hansı oddur? Ayətullah Sübhani nəql edir ki, Ayətullah Kəninin qarşısına bir miqdar pul qoydular. Sıçrayaraq ayağa qalxıb "oddur, od", dedi. Əgər əlimizdəki pullara bəsirət gözü ilə baxsaq, onda od görə bilərik. İşi-peşəsi küçə-bazarda dolanmaq olan qadın bir vaxt üzərinə od gəldiyini görər. Allah-Taala buyurur ki, sizə aid bir günüm var. Cənab Zəfər Cin neçə min cinlə birlikdə Kərbəlada İmam Hüseynin hüzuruna gəlib öz köməyini təklif etdi. Zəfər gördü ki, mələklər, peyğəmbərlər Kərbəlada toplanıb. Həzrət köməyimdən imtina edib, "mənim bu ümmətlə görüşəcəyim gün var" – buyurdu. Həzrət əzizlərini Allaha təqdim etdi. Səbəb nə idi? Onun bütün fədakarlıqları bizim məhərrəm ayı on gün əzadarlığımız üçün idi? Əzadarlıq edək, sonra da günah dalına düşək?! Aşura günü İmam Hüseyn (ə) bütün köməkçilərini itirib meydanda tək qalanda Cəbrail nazil oldu. Dedi: "Allah buyurur ki, sənin məqamından bir zərrə əskiltmədən bütün şəhidləri diriltməyə hazırdır." İmam Hüseyn (ə) buyurdu: "Mən Allah yolunda verdiyim qurbanı geri almıram." Bu qurbanlıqlar, böyük şəxsiyyətlər din və dini dəyərlər yolunda fəda oldu. Bəziləri bu qanlarla hansı müamilələr etmir! Söhbətimizin mövzusu budur ki, Allah onun hüzurunda dayanan möminə lütfünü artırır. Həzrət buyurur ki, bir növ nurla günəş arasında fasilə olmadığı kimi yaxınlıq yaranır. Möminin ruhu bu şəkildə Allaha bağlanır. (Üsuli-Kafi). Biz bu halı təsvir etməyə acizik. Belə mömin həmişə Allahın hüzurundadır, qəflət ona yaxın gəlmir. Çünki o günəşin nuru günəşə necə bağlısa, Allaha elə bağlanıb. Bir gün həzrət Peyğəmbər yatmışdı. Əbuzər həzrətin yatıb-yatmadığını bilmək üçün bir çubuq sındırdı. Həzrət gözünü açdı və buyurdu: "Ey Əbazər, birmirsənmi ki, gözüm də yatsa qəlbim həmişə oyaqdır."
İkinci xütbə
Təqva - ömrün bərəkət rəmzi
Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm.
Ömrünü işıqlandırmaq, şirinlətmək, mənalandırmaq istəyən, ömrün sonunda yaşadığı günləri bərəkətli görməyi arzulayan insan bilməlidir ki, bütün bunların yeganə yolu təqvadır.
İmam Sadiq (ə) səhabələrindən birinə yazır ki, təqvalı ol, Allah-Taala buna təzmin verib. Nisa, 87: " Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən Qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!" İmam Sadiq (ə) sözünün davamında buyurur ki, Allahı aldatmaq olmaz, buna cəhd edən özünü aldadıb. Allahı aldatmaq istəyənin iki məqsədi ola bilər: İbadət etmədən behiştə çatmaq. Amma Quran buyurur ki, Allaha pərəstiş etmədən onun nemətinə çatmaq olmaz.
İmam Səccadın görüşünə gələn bir ərəb soruşur ki, olar ki çəkinə bilmədiyim bir günahı çox ibadətlə yuyam? İmam Səccad (ə) buyurur ki, olmaz! İmam Baqir (ə) həmin ərəbin əlindən tutub onu kənara çəkir. Ona deyir: "Cəhənnəm əhlinin işini görüb Behiştə getmək istəyirsən?! Bu mümkün deyil." Cəhənnəm əhlinin əlamətləri var. Allah Quranda bu nişanələri sadalayır.
Allahı aldatmaq istəyənin ikinci niyyəti bu ola bilər ki, riyakarlıqla Allahı aldatsın. Yəni ibadətə dayanar, məqsədi ibadət olmaz. Allah-Taala bizi xalis mömin bəndələrindən qərar versin.
Ordu – millət və məmləkətin qalası
Tarixi 29 fərvərdin günü hərbi hava qüvvələri İmam Xomeyniyə beyət etdi, sədaqət andı içdi. Həmin gün ordu günü adlanır. Böyük Rəhbər buyurur ki, ordu millət və məmləkətin qalasıdır. Xalq bu qalada asayiş içində yaşayır. Ordu İslam Respublikasına, İnqilaba böyük xidmətlər edib. Hazırda regionda ordumuz lider ordudur. Hansı ölkədə ordunu zəif görsələr, ona hücum edirlər. Amma İrana münasibətdə "miz üzərində olmayan variant" bu ölkəyə hücumdur.
Etiqad ən güclü silahdır
Ordu bizim ən güclü silahımızdır. Amma onun gücü hərbi təchizat yox etiqaddadır. Bir orduda Səyyad Şirazi kimi şəxsiyyət tərbiyə olunursa, bu ordunun dəyəri böyükdür. Ordumuzda Səyyad Şirazi kimilərin varlığı bu ordunun iman gücünün dəlilidir. Ərəb yazıçılarından biri İran ordusu haqqında deyir: "Amerikalılar gözünü açsın, İran ordusuna yaxşı baxsın. İran ordusu ərəb ordusu, oyuncaq ordu deyil." Bizim ordumuzun iqtidarı o qədər artıb ki, bu ordu düşmən üçün kavusa çevrilib. Ordumuzun güc göstəriciləri çoxdur. Biri onun etiqadı, o biri xalqdan dəstəyidir. Ordumuzun milli ordu olması ilə fəxr edirik. Üçüncü üstünlük peşəkar və sədaqətli komandanlıqdır. Biz fəxr edirik ki, ordu komandanlarımız İmam Zaman əsgərləridir. Başqa bir imtiyaz ordunun yüksək səviyyədə təchizatıdır. İslam İnqilabı asılı şah ordusunu müstəqil və inkişaf etmiş bir orduya çevirdi. Başqa bir imtiyaz hərbi qüvvələrin iqtidarıdır. Səkkiz illik müharibədə ordu sıralarının gücü özünü göstərdi.
Terror hamilərinin insan haqları oyunu
Şəhid Səyyad Şirazini yad edirik. Təəssüf edirik ki, bu şəxs ABŞ və Səddamın əmri ilə münafiqlər tərəfindən terror edildi. Bu münafiqlər 17 min günahsız insanı qətlə yetirib, hazırda Avropanın qanadları altına sığınıb. Belə bir vəziyyətdə Avropa Parlamenti insan haqlarından dəm vurub qətnamə qəbul edir. Bu 17 min insan arasında böyük dini şəxsiyyətlər, alimlər vardır. Allahdan istəyimiz budur ki, inqilabımız və şəhidlərin qanı sayəsində düşmənin üzündən maskanı çıxardığı kimi, bu iki siyasət yürüdənləri daha da alçaltsın.
Yanacaq israfı məmləkət üçün təhlükədir
Əzizlərim! Sosial yardımların yönəldilməsində ikinci mərhələ başladı. Enerji sərfiyyatında elə bir həddə çatmışıq ki, belə getsə, bir az sonra özümüz xaricdən neft alacağıq. Beynəlxalq araşdırma mərkəzləri enerji istehsalı və sərfiyyatını araşdırırlar. Onların qənaəti budur ki, İran yaxın gələcəkdə xaricdən neft alacaq. Amma çox gözləməli olmadıq. Ötən həftə nazirlərdən biri elan etdi ki, dövlət yanacaq almağa icazə versin. İranda bir gündə istifadə olunan qaz və yanacaq 5 milyon bareldir. Yəni hər gün 5 milyon barel neft havaya uçururuq. Dövlət yanacaq üçün böyük subsidlər ayırıb. Dünyanın heç bir ölkəsində bu işi görmürlər. Bu işin adını ağılsızlıqdan başqa bir şey qoymaq olmaz.
Enerji sərfiyyatında birinciyik
Beynəlxalq enerji təşkilatı elan edib ki, enerji sərfiyyatında İran birinci yerdədir. Onların hesabatına görə İran 2012-ci ildə enerji sahəsinə 82 milyard dollar subsid ayırıb. Dünya ölkələri bizə gülür. Deyirlər ki, bunların nə qədər sərvəti var?! Avropa ölkələri yanacağa bir dollar subsid ayırmır. Onların yanacaqdoldurma məntəqələrində qiymət dünya bazarı əsasında tənzimlənir. İldə 100 milyard dollarlıq qaz sərf edirik.
Ölkənin cənubuna son səfərimdə gündüz vaxtı çox yerdə işıqları yanılı gördüm. Bu mənim ürəyimi ağrıtdı. Sonradan aydın oldu ki, bu məntəqədə hava isti olduğundan dövlət elektrik enerjisini ucuz satır.
Əzizlər! Gec-tez dalana dirənəsiyik. Əslində hazırda bu vəziyyətdəyik. Bir ölkə bir ildə yanacağa 100 milyard dollar subsid verirsə, iflic olmalıdır. Əgər iflic olmamışıqsa bizi Allah qoruyub. Bunu şübhə etməyin. Deyirlər ki, sabiq Sovetlər Birliyinin xarici işlər naziri Eduard Şevardnadze İrana gələndə möhür və təsbeh istəyir. Səbəbini soruşurlar. Deyir ki, namaz qılmaq istəyirəm. Deyirlər axı sən kommunistsən, Allahı qəbul etmirsən. Cavab verir ki, bu səfərdə İrandakı müdiriyyəti görüb Allahı tanıdım, Onun varlığına iman gətirdim. Lətifə də olsa bu əhvalatda həqiqət görə bilərik.
İnkişaf etmiş heç bir ölkə yanacağa bir dollar olsun subsid ayırmır. Bu mövzuda çox danışmalıyıq ki, onun zəruriliyi üzə çıxsın. İran yanacağa ayırılan subsid səviyyəsinə görə dünyada birincidir. İkinci yerdə Səudiyyə Ərəbistanı gəlir. Heç bir inkişaf etmiş ölkədə bu iş görülmür.
Ərəbistan bir ildə yanacağa 61 milyard dollar subsid ayırıb. İndi biz hər gün 80 milyon litr yanacaq istifadə edirik. Bayram günləri sərfiyyat elə bir həddə çatdı ki, dünya şoka düşdü. Bu rəqəm 1,5 milyard litrə çatmışdı. Neft ayrıma zavodları 24 saat işləsə də yanacaq çatdırmaq çətinləşmişdi. Neft-kimya zavodları da yanacaq istehsalına başlamışdı. Bu hal xalqa zərbə vurur. Ekologiya məhv olur. Neft-kimya mallarının istehsalı dayanır. Bu problemi iki yolla aradan qaldırmaq olar: Millətin əzm və iradəsi, məsulların mücahid təlaşları! Hər iki mövzu Rəhbərin bu ilə verdiyi adda öz əksini tapıb.
Gələcək nəslin qarğışı
Əgər dövlət bu problemi həll etməsə, gələcək nəsillər bizi lənətləyəcək. Elə indi də lənət sorağımızdadır. Ölkədə quruculuq işlərinin dayanmasından böyük lənət nə ola bilər?! Təbii ki, bu qədər israfla abadlıq işi aparmaq olmaz. Əgər xalqımız bir qədər sadə yaşamaq qərarına gəlsə, digər tərəfdən məsullar qədərincə çalışsa, müsbət nəticələr əldə olunar. Əgər dövlət məcbur qalıb xalqın xərcini artırırsa, bunun yerini dolduracaq bir şey fikirləşməlidir. Əgər qazın qiyməti 20 faiz artırsa, məsələn, günəş enerjisindən istifadə vasitələrinin genişləndirilməsi istiqamətində iş görülməlidir. Hazırda İraq və Türkiyədə bu vasitələrdən geniş istifadə olunur. Nəticədə xalqın xərci azalır. Əgər xalq bilsə ki, yanacağın qiyməti artan zamanda ümumi nəqliyyatdan istifadədə problem yaranmayacaq, hamı vaxtında istədiyi yerə çata biləcək, dövlətin tədbirlərinə razılıq verər. Xalq bu qərarların zərurətini dərk etməlidir. Bilməliyik ki, hansı dövlət gəlsə, başqa çıxış yolu yoxdur. Ümid edirik ki, Allah-Taala öz lütfü ilə bizə qurtuluş qapıları açacaq.
İran Azərbaycanın xeyirxahıdır
Azərbaycan Respublikasının prezidenti İrana səfərə gəldi. Bu səfər iki ölkə arasında rabitələrdə dönüş nöqtəsi ola bilər. Rabitələrin yaxşılaşması hər iki ölkənin xeyrinədir. Münasibətlərin yaxşılaşması istiqamətində İran tərəfindən heç bir problem yoxdur. Son qərarı Azərbaycan çıxarmalıdır. İran həmrşə Azərbaycanın xeyirxahı olub və olacaq.
İranın Azərbaycana xidmətləri
İran Azərbaycan Respublikasına xüsusi xidmətlər göstərib. Xüsusilə Bakı-Naxçıvan arasında gediş-gəliş İran ərazisindən həyata keçir. Vizanın götürülməsi, hər gün 3500 azərbaycanlının ölkəmizə səfəri, sanksiyalar şəraitində onlara səxavət göstərilməsi, tibbi xidmətlər yada salına bilər. Azərbaycanda tibbi xidmət yarıtmaz vəziyyətdə olduğundan, Rusiya və Türkiyəyə səfər xəzinələri ağır olduğundan İran bu imkanı yaradır. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq təşkilatlarda müdafiəsi, müharibə zamanı çox xüsusi kömək qeyd olunmalıdır. Təəssüf ki, o zamankı Azərbaycan hökuməti buna müsbət cavab vermədi.
Azərbaycanın müdafiəsində İran ön xətdədir
Azərbaycan mətbuatında yayıldı ki, Rusiya Krım variantını Azərbaycana tətbiq etmək niyyətindədir. Biz bunu fantaziya hesab edirik. Qeyrətli Azərbaycan xalqı kimsəyə belə bir icazə verməz. Bu mövzunu bəzi Azərbaycan siyasətçiləri qərəzlə ortaya atır. Amma belə bir hadisə baş versə, yenə İran Azərbaycanın müdafiəsində ön xəttə olacaq.
Azərbaycan rəsmilərinin İrana səfəri o zaman fayda verər ki, Bakı İsraildən uzaqlaşsın. Azərbaycan daxilində İranfobiya, İslamafobiyanın qarşısı alınmalıdır. Dini dəyərlərin müdafiəsi yolunda həbs edilən şəxsiyyətlər azad edilməlidir.
Hər halda Azərbaycan prezidentinin səfərindən xoşhalıq. Müsəlman ölkələrin yaxınlığı dünya imperializmi və dünya sionizminin zərərinədir.
Ayətullah Mürəvvic və ustad Cəfərinin əziz xatirəsi
Fürsətdən istifadə edib iki böyük alim, Ayətullah Mürəvvic və ustad Cəfərinin xatirəsini yad edirəm. Ayətullah Mürəvvicin xidmətləri yaddan çıxası deyil. Rəbbani alimin cəmiyyətə xidməti abadlıq sahəsində onlarla, yüzlərlə layihədən təsirlidir. Alimin dünyadan getməsi bir tayfanın dünyadan getməsindən ağırdır.
Qəti şəkildə bildirirəm ki, minbər, alim, məscidlə əlaqəsi olmayan gəncin aqibəti xeyir deyil. Həqiqi alim millətin atası kimidir. Əlbəttə ki, ədəb atası, tərbiyə atası. Onlar olmasa, millət yetim qalar.
İnşallah, Allah-Taala bizə alimlərdən daha artıq bəhrələnmək tövfiqi versin.
بسم الله الرحمن الرحیم

Nur-az.com