18 Aprel 2014
Şah İsmail və Hürr

Bu haqda yazılır:
Şah İsmail Səfəvi Kərbəlaya getdikdən sonra, əvvəl şəhidlər ağası İmam Hüseynin (ə) ziyarətgahına gedir. Sonra həzrət Əbülfəz (ə) və sonda Kərbəla şəhidlərini ziyarət edir. Amma Hürrün qəbri kənarda olduğundan onun qəbrinin ziyarətinə getmir.
Soruşurlar: “Niyə onun ziyarətinə getmədin?”
Şah İsmail Səfəvi deyir ki, əgər onun tövbəsi qəbul olsaydı, İmam Hüseyndən (ə) uzaqda dəfn olunmazdı.
Şərhlər edirlər ki, o Yezidin ordusunun böyüklərindən olduğundan, haqq yolunda şəhid olduqdan sonra qohumları çalışırdılar ki, onun meyitini özləri istədikləri yerdə dəfn etsinlər. Buna görə də qohumları onun meyitini müharibə yerindən çıxararaq kənarda dəfn edirlər.
Şah deyir: Mən onun qəbrinə bu şərtlə gedirəm ki, göstəriş verəcəm qəbri açsınlar və şəhid olub-olmadığı, eləcə də bədəni çürümədiyi məlum olsa onun üçün məqbərə düzəldəcəm. Əks halda qəbrini xarab etdirəcəm.
Qəbir açıldıqdan sonra görürlər ki, 1000 il keçməsinə baxmayaraq qana bulanmış bədəni çürüməmiş haldadır. Sanki bədənindəki yaralar təzə baş vermişdi. Həzrət İmam Hüseynin (ə) də onun yarasına bağladığı parça da alnında idi.
Şah İsmil deyir: Bu parça İmam Hüseyndəndir (ə). Bizim üçün bərəkət, düşmən üzərində qələbəmiz və xəstələrimzə şəfaətçidir. Buna görə də parçanı Hürrün alnından öz əllərilə açır və yerinə ayrısını bağlayır. Amma ayrı parçanı bağladıqdan sonra qan axmağa başlayır. Nə qədər çalışırlar, qanı dayandıra bilmirlər.
Şah naçar qalıb açdığı parçanı Hürrün alnına bağlayır və parçadan bir qədər kəsib təbərrük götürür. Qan da dayanır. Baş verən hadisələrə görə göstəriş verir ki, Hürr üçün məqbərə düzəltsinlər və insanları da onu ziyarət etməyə dəvət edir.
Nur-az.com