23 Yanvar 2017
Unudulmaz namaz
İlahi səmalardan Kəbəyə üz tutmuş mələklər müsəlmanların həccinə, səyinə, səfasına şərik olurlar.
![](/Media/images/Upload/Articles/588662bb09261.jpg)
Bu mərasim qəməri tarixi ilə 1340-cı ildə daha əzəmətli oldu. Böyük şiə alimi mərhum Ayətullah Seyyid Şərəfüddin Amili dünya müsəlmanlarının toplumuna xüsusi bir ab-hava gətirdi. Məlik Hüseynin ricası ilə Məscidül-həramda təyin olunmuş namaz mərhum Şərəfüddinin imaməti ilə qılındı. Bu, İslam tarixində Məscidül-həramda sünni və şiələrin şiə aliminin imaməti ilə qıldıqları ilk namaz idi. Sünni və şiələrin çiyin-çiyinə dayanıb, Əhli-beyt istəyincə namaz qılması mərhum Seyyidin ən böyük arzusu idi. Bu namaz haqqında illər uzunu iftixarla danışıldı.