Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2017

QURANLA DƏRMAN - QƏLƏM SURƏSİ

Göz yarasının sağalmasından ötrü bu ayəni yazıb özünüzdə saxlayın
“QƏLƏM” SURƏSI
(Nun vəl-qələm)

İmam Sadiq (ə) buyurdu: Hər kəs "Nun vəl-qələm" surəsini özünün vacibi və müstəhəbbi namazlarında oxusa, əzəmətli Allah onu həmişə çətinlik və yoxsulluğa düşməkdən qoruyar, dünyadan köçəndən sonra qəbr sıxıntısından və onun əzabından ona pənah verər.
Rəsulu-Əkrəm (s) buyurdu: "Nun vəl-qələm" surəsini oxuyan kəsə, Allah xoşəxlaq adamların savabını əta edər.

Günlərin birində Həzrət Məhəmməd Mustəfa (s) Bəqi qəbiristanlığından ötüb keçəndə, belə buyurdu: Allaha and olsun, bu qəbiristan əhlinin çoxu göz yarasından ölmüşdür.
Göz yarasının sağalmasından ötrü bu ayəni yazıb özünüzdə saxlayın və həmçinin evinizdə də asın.
"Və in yəkadulləzinə kəfəru ləyuziqunəkə biəbsarihim ləmma səmiuz-zikrə və yəqulunə innəhu ləməcnun. Vəma huvə illa zikrun lilaləmin." (Qələm-52). Çox təsiri vardır. (qələmi götürün və indi bu ayəni yazıb, cibinizə qoyun). Həzrət Nəbiyyi-Əkrəm (s) buyurdu: Göz ağrısı, dəvəni qazana, kişini isə (adamı) gora salar.


6925 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP