17 Aprel 2014

Mühakiməyə tələsməyin

Yaşlı bir kişi təqribən 25 yaşlı oğlu ilə qatara minir. Demək olar ki, bütün sərnişinlər yerlərində oturmuşdular. Nəhayət qatar yola düşür.
Pəncərənin yanında oturmuş 25 yaşlı oğlan çox həyəcanlı idi. Əlini pəncərədən çölə çıxardır və hərəkət halında olan havadan ləzzət alırdı. Uca səslə atasını deyir: Ata baxırsan, ağaclar hərəkət edir. Yaşlı ata təbəssümlə oğlunun həyəcanını heyranlıqla qarşılayırdı.
Cavan oğlan və gənc bir ailə də onların kənarında əyləşmişdi və onların danışıqlarını eşidirdilər. 25 yaşlı oğlanın özünü 5 yaşlı uşaq kimi aparmasına təəccüb edirdilər.
Oğlan yenə də iki dəfə həyəcanlı vəziyyətdə fəryad çəkir: Ata bax, çay, heyvanlar və buludlar qatarla birlikdə hərəkət edir.
Gənc ailə oğlana ürəkağrısı ilə baxırdılar.
Yağış yağmağa başlayır. Yağışın damcıları oğlanın əlinin üstünə sıçrayırdı. O yağış damcısının ləzzətini hiss edirdi. Gözlərini yumub yenə də fəryad çəkir: Ata bax, yağış yağır. Yağışın suyu mənim üstümə damcılayır.
Gənc ailə dözə bilməyib yaşlı kişidən soruşurlar: Oğlunuzu müalicə etdirmək üçün nə üçün həkimə müraciət etmirsiniz?
Yaşlı kişi cavabında deyir: Biz elə bu dəqiqə xəstəxanadan gəlirik. Oğlum həyatında birinci dəfədir ki, görür.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5506 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP