02 Dekabr 2016
Bu rejim kimə işləyir: Netanyahu Bakıya gələcək, Mövsüm Səmədov karsa salındı!!
Məgər onun uzunmüddətli həbsi bir çıxışı ilə bağlı deyil?!
Dünya xalqları arasında ən xoşbəxt xalq imici qazanmış xalqımız intizardan qurtardı: İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum oldu – işğalçı rejimin baş naziri Azərbaycana dekabrın 13-də gələcək...
Bu “xoş” xəbərin sevincini yaşayıb qurtarmamış ikinci “xoş” xəbər gəldi: Anti-İsrail çıxışları ilə tanınan AİP lideri Mövsüm Səmədov 12 saylı CÇM-nə gətirilərək karsa salındı!! Beləcə qazın-işığın bahalanması da unuduldu.
Hətta Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir. O, noyabr ayının 29-u saxlanıldığı Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb. AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb...

Sevindiniz? Netanyahu eşitsəydi daha çox sevinərdi! Bir rejim xalqın fədakar oğlunu damlayır ki, əli-ağzı qanlı sionist cinayətkarın Bakı səfəri əmin-amanlıqla ötüşsün. Deməyin ki, heç bir əlaqəsi yoxdur. Necə ki, İsrailin keçmiş xarici işlər naziri Aviqdor Libermanını Bakıya səfəri Nardaran hadisələri ilə əlaqəsiz deyildi! Səmədov bu səfər barədə eşitsəydi, hökmən etiraz səsini qaldıracaqdı. Ən azı bir bəyanatla. Məgər onun uzunmüddətli həbsi bir çıxışı ilə bağlı deyil?! Bir az diqqətli olaq...