Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2016

Ayətullah Milani və professor Berlun

Alim əməliyyatdan ayılarkən “Əbu Həmzə Somali” duasını oxuyurdu
Ayətullah Seyid Məhəmmədhadi Milani mədə xəstəliyindən əziyyət çəkirdi. Onun mədəsi üzərində cərrahiyyə əməliyyatı aparmaq üçün Avropadan professor Berlunu dəvət etmişdilər. Əməliyyat üç saat çəkdi. Artıq Ayətullah Milani huşdan ayılırdı. Professor tərcüməçini çağırıb tapşırdı ki, xəstəsi huşdan ayılan vəziyyətdə dediyi sözləri onun üçün tərcümə etsin. Alim əməliyyatdan ayılarkən “Əbu Həmzə Somali” duasını oxuyurdu.
Bu məsələdən sonra professor Berlun dedi: - Mənə kəlmeyi-şəhadəti öyrədin. Artıq bu andan İslamı qəbul etmək və bu ruhaninin ardıcılı olmaq istəyirəm.
Onun müsəlman olmaq istəməsinin səbəbini soruşduqda professor dedi: - İnsanın öz vücudunun zatını başqasını nəzərə almadan və heç bir riya etmədən göstərə biləcəyi an huşdan ayılmaq halında olan vəziyyətidir. Bu ruhaninin huşdan ayıldığı zamanını müşahidə etdim və gördüm ki, o bütün vücudu ilə Allahda məhv və fəna olmuşdur. O anda yadıma bir müddət öncə cərrahiyyə əməliyyatı etdiyim Kanterburi kilsəsinin yepiskopu düşdü. Yepiskop ayılanda mən onun yanında idim. O, ayılarkən həmin günlər gənclərin küçə-bazarda oxuduqları musiqiləri zümzümə edirdi.
Ayətullah Milaninin hərəkəti ilə həqiqətin hansı dində olmasını başa düşdüm.
Professor Berluni vəsiyyət edir ki, vəfatından sonra onu Ayətullah Milaninin yaşadığı şəhərdə dəfn etsinlər.
İslamın həqiqətini dərk edərək müsəlman olmuş professor Berlun Məşhəd şəhərində Xacə Rəbi məqbərəsində dəfn edilmişdir.

Hazırladı: Seyid Zahir


6466 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP