04 Aprel 2014
Baxmaq və görmək
Gözünü yum ki, görəsən!
(Gözünü dünya bərbəzəyinə yum ki, ilahi həqiqətlər üzərindən pərdə götürülsün...)
İnsan özünü tanımalıdır – deyirlər. İti qələmi olan yazıçı, fırça ustası işi buraxıb alkaşlıq edəndə “özünü tanımadı” – deyə qınayırlar. Tanıyan adamı necə adlandırırıar? Şərqdə, müsəlman leksikonunda “mərifət”, “arif” sözləri var. Arif, predmeti olduğu kimi tanıyandır. Mən predmet deyendə rus predmetini yox, hər şeyi nəzərdə tuturam: əşyaları, hadisələri, halları, istedadları, əsərləri. Belə tanıma qabiliyyətinə, istedadına mərifət deyirlər. Bizdə bu sözlər mənasını dəyişib. Deyirlər arif o şəxsdir ki, işarədən qansın. Yəni iti görən, tez qavrayan adamları arif sayırlar. Əslində bu söz köhnəlib və İslamla eyni vaxtda səhnədən çıxarılıb. Bir adam kobudluq edəndə “mərifətin olsun” deyirlər. Burada mərifət ədəb mənasındadır. Yəni hər iki söz həqiqi, mənasını itirib.
Baxmaq və görmək sözlərinin də nəfəsi kəsilib. Bax, yəni gözünü zillə, gör, yəni qarşındakının şəklini zehninə köçür. Məsələn, Cavidə belə baxan, Cavidi belə görən çox olub. Nə qədər milli yazmaq istəsək də balansımız buna yol vermir. Məcburuq bir az uzağa boylanaq. Mövlanə deyir:
Hər kəsi əz zenne xod şod yare mən,
Əz dərune mən nəcost əsrare mən.
Sirre mən əz naleyi mən dur nist,
Leyk çeşmo quş ra an nur nist.
Yəni
Hər baxan öz istəyincə yar olur,
Könlüm öz sirrin açanda kar olur.
Əhvalım bir nalədir, axtarma çox,
Göz-qulaqlar bixəbərdir, nuru yox.
Bizim anladığımız mənada baxmaq və görmək insanı dünya və axirət səadətindən məhrum edər. Axirətə inanmırsan? Ziyanı özünədəri. Dünya ardınca axirət həyatı, əbədiyyətin olmasına inanmamaq insanı manqurt edir, təpəgöz edir, lom edir. Əbədiyyətə inanmasan da, dünya həyatını quranda “fərz et ki” əbədiyyət var. Belə düşünsən işlərin davamlı, möhkəm, faydalı olar. Necə? Bir əkinci mövsümü son mövsüm saysa gələn ilə toxumluq saxlamaz. Bu həyata alkaş baxışıdır. Bu günü yaşa, sabaha Allah kərimdir deyirlər. Özü də Allaha inanmayanlar deyir bu sözü.
Qayıdaq baxmaq və görməyə. Səməd Vurğun böyük yox, istedadlı şair olub. Şeytan da istedadlıdır, mahirdir, bicdir. İstedad xeyirə işləməsə insanı cəhənnəmə aparar. Cavid həm istedadlı, həm də böyük şair idi. Əsərlərinin – “Peuğəmbərin”, “İblisin”, “Şeyx Sənanın” yaşaması, sevilməsi belə hökm verir. Səməd Vurğun, o qırmızı saray şairi Cavidi necə görürdü? Əgər hesab etsək ki, şair gördüyünü, inandığını yazır, onun bir şerini yada salmaq yerinə düşər:
Hüseyn Cavidə
Sən ey böyük günlərin adına böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşiqiyəm” deyən deyilmiydin, sən?
Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.
Millətçilər adına dedi böyük sənətkar,
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən Həmidi qoltuğa vurub gəzməyə getdin,
Hərədən bir tük çəkib, kosuna saqqal etdin.
Azərbaycan şairi olsa da qorxaq adın,
Sultanların, şahların sinəsini yaladın...
O murdar arzuların torpaqlara gömüldü,
Sənin yaratdıqların özündən əvvəl öldü.
Öldümü Cavidin yaratdıqları? Cavdin yaratdıqları Səmıd Vurğunu ona görə yandırırdı ki, bu yazılarda əbədiyyəti görürdü. O əbədiyyət ki, Vuğun torpağa gömüləndən sonra ona inandı.
Bu gün Azərbaycanın baxışı və görüşü Səməd Vurğun baxışı, Səməd Vurğun görüşüdür. 70 il xalqın qanına yeridiblər bunu. Öz qəliblərində hər şey düzəldiblər, hətta dindar. Sovetin, Səməd Vurğunun, bu gün də davam edən sovet və Vurğun sisteminin düzəldiyi dindar eynən öz ustası kimi baxır, ustası kimi görür. Onu əbədi cənnət gözəllikləri yox, dünya cünnəti çəkir.
Oxu, Allahının adı ilə oxu!
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.
(Belə əməllərin müqabilində) Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).
Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar.
Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.
Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər. (Bəqərə surəsi)
Oxu, Allahının adı ilə oxu!
(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”;
Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bizi də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür.
Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!
(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu
Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!
Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!
Allahın doğru yola yönəltdiyi kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.
Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi)
Qurandan iki nöqtə:
1. Möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.
2. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər.
Birinci nöqtə günün dindar modelinə çox münasibdir. Mən dinlə vuruşan idarələrdən çıxan hicablı əməliyyatçıları görəndə özümdən şübhələnmişdim. Aramızda dini Allahdan çox sevdiyi nəzərə gələn ikiüzlülər kifayət qədərdir.
İkinci nöqtə əsil mövzumuzdur. Gözün, qulağın olması hələ görmək ya eşitmək deyil. Bayquşun qəŞŞəng iri gözləri var. Bayquş qaranlıqda gördüyü kimi dinsiz və günahkar insan pisi görür. Gözlərin iridir? Qulaqların necə? A filin, ulağın qulaqlarına gülən! Fil 1 hers tezlikdə səsi tutur. Fiziki mənada heyvanlar nə səndən, nə də məndən zəif eşidir. Qartal 3 km-dən ovu görüb şığıyır. Deyirlər planetimizdə ən iti görən alman vətəndaşı Veronika Seyderdir. Onun adı Ginnes rekordlar kitabına daxil edilib. Veronika adamın üzünü 1 km 600 m məsafədən tanıya bilir, bu göstərici normadan 20 dəfə artıqdır. Amma qartala çata bilmir.
Qədimdə mənəviyyata daha çox əhəmiyyət verilərdi. Deyərdilər ki, sənət əsəri əxlaqlı, yazı maarifləndirici olmalıdır. Strukturlara qarşı qiyam qaldıran modernizm tarixi əxlaqsızlığın şüarın gündəmə qaytardı: Sənət sənət üçündür!! Əxlaq nədir, ədəb nədir!! Rəssam çılpaq qadın, erotik səhnə təsvir edə bilər, əsas məsələ gözəl çəkməkdir!!
Qoy bu yazıda öz baxışı və görüşündən narazı möminlərə bir şirinliyimiz də olsun. Mömin özündən narazı insandır. Özündənrazılıq axmaqlıq, dinsizlik göstəricisidir. Mən də özümdən razıyam. Amma başa düşürəm ki, yanlış yoldayam, bu yol məni cəhənnəmə aparır. Ona görə də Allah istədiyi kimi baxmaq, Allahın istədiyini görmək istəyirəm. Allah istəyirəm bunu. Allahdan istəyirəm ki, özümü mənə göstərdin. Allahdan istəyirəm ki, içimdəki özündənrazılığa od vursun.
Özündən narazı möminlərə şirinlik (bəsirət duası):
Bəsirətsizlikdən, korluqdan qorx! Bəsirətdən məhrumluq, hadisələri yalnız zahirinə görə dəyərləndirmək çoxlarını bədəxt etdi. Din yolunda uzun illər qılınc çalmış insanlar bir küt baxışla yolunu azıb kafir və münafiqlərin aqibətinə düçar oldu. Həzrət Musanın Həzrət Xızırla görüşünü, Kəhf surəsini yada sal.
Özündən razılara sinə duası:
Yada sal ki, bir zaman Musa öz gənc dostuna belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!”
Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.
Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”
O isə: “Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) Əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi.
(Musa: ) “Elə istədiyimiz də (axtardığımız da) budur!” – dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.
(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.
Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”
(Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan).
Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?
(Musa) dedi: “İnşallah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”
(Xızır: ) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” – dedi.
Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)”.
(Xızır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?”
(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”
Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”.
(Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?
(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”.
Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın. . .”
(Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!
Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.
Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.
Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.
Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!”
Özündənrazılıq xəstəliyi insanda vəsvəsələr yaradır. Bu vəsvələrdən qurtuluş üçün, həqiqəti görmək üçün Allahı zikr et:
Əraf, 201:
Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.
A. Eyvazov

اللَّهُمَّ ارْزُقْنِي الرَّغْبَةَ فِي الآخِرَةِ حَتَّى أَعْرِفَ صِدْقَ ذَلِكَ فِي قَلْبِي بِالزَّهَادَةِ مِنِّي فِي دُنْيَايَ . اللَّهُمَّ ارْزُقْنِي بَصَرًا فِي أَمْرِ الآخِرَةِ حَتَّى أَطْلُبَ الْحَسَنَاتِ شَوْقًا ، وَأَفِرَّ مِنَ السَّيِّئَاتِ خَوْفًا

إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَائِفٌ مِنَ الشَّيْطَانِ تَذَكَّرُوا فَإِذَا هُمْ مُبْصِرُونَ
A. Eyvazov