24 Oktyabr 2016
İSLAMIN MƏNASI
İslam təslim olmaq deməkdir
Qurani-kərimin bəzi ayələrində “İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur. (“Ali-İmran” surəsi, ayə: 19 və 85; “Bəqərə” surəsi, ayə: 28; “Hücurat” surəsi, ayə: 14; “Zuxruf” surəsi, ayə: 69 və s.)
İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur. (“Yunis” surəsi, ayə: 84.)
Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid “təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən yalnız dildə, yaxud əməldə görünür. Qurani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.