24 Mart 2014
Xeyir aqibət
Zalım şəxs, həzrət Əlinin (ə) ziyarətinə getmək istəyən bir şiəyə bərk əziyyət edir və onu döyür. Şiə onun bu hərəkətindən çox narahat olub deyir: Nəcəfə gedirəm, səndən həzrət Əliyə (ə) şikayət edəcəyəm. Onu döyən deyir: Get hər nə istəyirsən de, mən qorxmuram.
Şiə kişi Nəcəfə gedir və özünü həzrət əmirəlmöminin İmam Əlinin (ə) pak qəbrinə çatdırır. Ziyarət etdikdən sonra, ürəyi sınıq şəkildə ağlayaraq ərz edir: Ey Əmirəlmöminin (ə), gərək mənim intiqamımı o zalımdan alasan.
Şiə zəvvar bir neçə gün ərzində hər dəfə ziyarətə gələndə, eyni istəyi o həzrətdən istəyir. Bir gecə yuxuda ağ ata minmiş bir nəfəri görür. Ağ atlının üzü 14 aylıq ay kimi işıq saçırdı. Həzrət şiə kişini öz adı ilə səsləyir. Kişi o həzrətdən soruşur: Siz kimsiniz?
Həzrət (ə) buyurur: Mən Əli ibn Əbu Talibəm. Səni döyəndən şikayətin var?
Kişi ərz edir: Bəli, mənim mövlam! Sizinlə dostluğuma görə məni çox əziyyət edib və mən də sizdən istəyirəm ki, ondan intiqam alasınız.
Həzrət (ə) buyurur: Mənə xatir onun günahından keç!
Kişi ərz edir: Onun günahından keçmirəm.
Həzrət (ə) üç dəfə ondan istəyir ki, ona əziyyət edəni bağışlasın. Amma hər dəfə israrla öz istəyini təkrarlayır.
Səhəri günü şiə kişi gördüyü yuxusunu zəvvarlara danışır. Hamılıqla deyirlər: Əgər İmam (ə) onun bağışlanmasını isətyirsə, gərək onun buyuruğunu yerinə yetirəsən. Kişi onların da sözlərini qəbul etmir. Yenə də hərəmə gedib öz istəyini təkrar edir. Həmin gecə də keçən gecəki kimi İmam (ə) onun yuxusuna gəlir və ona əziyyət edəni bağışlamasını istəyir. Bu dəfə də kişi o həzrətin (ə) istəyini qəbul etmir.
Üçüncü gecə İmam (ə) ona buyurur: Onu bağışla, yaxşı bir iş görüb və mən də onun əvəzini çıxmaq istəyirəm.
Kişi soruşur: Ya Əmirəlmöminin (ə), o zalım kimdir və nə yaxşı iş görüb?
Həzrət Əli (ə) onun və atasının adını çəkib buyurur: Bir neçə ay bundan əvvəl, filan gün, filan saatda o ordusu ilə Səmavedən Bağdada tərəf gedirdi ki, gözü mənim günbəzimə sataşdı, atdan düşüb mənə təvazö və ehtiram göstərdi. Günbəz gözündən itənə qədər ayaq yalın ordunun arasında getdi. Buna görə boynumda haqqı var və səndən istəyirəm ki, onu bağışlayasan. Mən də sənə söz verirəm ki, qiyamətdə sənin bu işinin əvəzini verim.
Kişi yuxudan ayılıb şükr səcdəsi edir və sonra öz şəhərinə qayıdır. Yolda həmin adam ona çatıb soruşur: Məndən İmama şikayət etdin?
Kişi cavab verir: Bəli, amma İmam (ə) ona təvazö və ehtiram etdiyin üçün səni bağışladı. Sonra hadisəni olduğu kimi ona danışır. Şiə kişinin yuxusunun düz olduğunu başa düşdükdən sonra, ayağa qalxır və onun əlindən ayağından öpüb deyir: Allaha and içirəm ki, İmam (ə) hər nə deyibsə hamısı düzdür. Sonra o öz batil əqidəsindən əl çəkib şiə olur və bu münasibətlə bütün zəvvarlara üç gün qonaqlıq verir. Sonra zəvvarlara qoşularaq həzrət İmam Əlinin (ə) ziyarətinə gedir. Nəcəfdə 1000 dinarı fəqirlərə ehsan edir. Beləliklə düz yola hidayət olaraq aqibət xeyr olur.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com