18 Mart 2014

Bir baş daşı üzərində

İran paytaxtında İmam Xomeyni (r) xəstəxanasının qarşısında bir şəhid xanım dəfn olunub. Baş daşı üzərində şəhidin əlyazması həkk edilib. O yazır: “Təəccüb edirəm ki, La İlahə İlləllah deyəndən sonra Allahdan qeyrilərinin əmrini necə yerinə yetirirsiniz? Bu o demək deyilmi ki, siz Allaha qarşı olan hakimləri Allahdan dəyərli sayırsınız?!”
Bu yazını xəstəxanın işçi personeli, xəstəxanaya müraciət edən xəstələr hər gün oxuyur. Şəhid xanımın sualı bəlkə də çoxlarını narahat edən bir sualdır. Bu sual tarix boyu aktualdır və şəhidlər tarixi təravətləndirir.
Bu gün dünya imperializmi, din və mənəviyyat düşmənlərinə tabe olan, onlarla sazişə gedən, onların əmrini yerinə yetirənlərin bu suala cavabı varmı?

Nur-azşcom/ mashreghnews


6761 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP