17 Mart 2014
Anası İmad Muğniyə haqqında
Sionist rejimə bir ömür qorxu yaşatmış Hizbullah komandiri İmad Muğniyənin şəhadət ildönümüdür. Bu münasibətlə bir qrup xarici müxbir Livanda olub, şəhid Muğniyənin ata-anası ilə görüşüb.
Görüş zamanı şəhidin anası qəhrəman oğlunun həyatından maraqlı fraqmentləri yada salıb. Rəşadətli xanım oğlunun hətta İran İslam İnqilabından öncə İmam Xomeyni, Rəhbər Ayətullah Xameneiyə sevgisini yada salıb.
Şəhid Muğniyənin anası oğlunun zarafatcıl, şux təbiətli olmasından danışıb. İmad Muğniyənin Həcc səfərində olduğu zaman baş vermiş hadisə müxbirlərin marağına səbəb olub. Şəhid Muğniyə həcdə imperializmə lənət oxuyan zəvvarlar şəhadətə yetiriləndən bir il sonra həcdə olub. Səudiyyə Ərəbistanında polis və hərbçilərlə rastlaşan Muğniyə onlarla qucalaşan zaman İmamın şəklini onlarını kürəyinə yapışdırarmış. Şəhərdə polis və hərbçiləri bu görkəmdə görən zəvvarlar işin mahiyyətini anlamaqda aciz idi.
Şəhidin anası yada salıb ki, Muğniyə İmam Xomeynini görməzdən qabaq onun yoluna bağlı olub. İranda İslam İnqilabı qələbə çalandan sonra İmadı tanıyan İmam Xomeyni “Hacı İmad mənim oğlanlarımdan biridir” – buyurub.
Şəhid Muğniyənin anası İmaddan başqa daha iki oğlunu Allah yolunda şəhid verib. Allah şəhidlərin ruhunu onların yolunu gedənlərə duaçı qərar versin.
Nur-az.com/seratnews