17 Mart 2014
İslamda idman
Heç şübhəsiz, bədənlə ruh arasında yaxın və güclü rabitə var. Müasir dünyada fiziki inkişafa və sağlamlığa daha çox yer verilirsə, İslamda həm fiziki, həm də mənəvi sağlamlıq əhəmiyyətli sayılır. İslam cismlə yanaşı insan ruhunun təkamülünü əsas sayır. Oruc, namaz, dua kimi ibadətlər insanın mənəvi təkamülünə hesablanıb. Mənəviyyat olmayan yerdə cismə qulluq, yalnız onun sağlamlığı barədə düşünmək İslamda puç sayılır. Dünyanın qeyri-müsəlman alimlərinin əksəri bədənlə ruh arasında rabitəyə inanırlar. Ərəstun (Aristotel) deyir: "Cism ruh üçün tərbiyə olunmalıdır. Nəfs istəkləri ağıl gücünə itaət etməlidir. Bu halda insan düşünə bilir. Həyatın əsas məqsədi budur."
İdman növləri arasında kifayət qədər yer almış karate sahəsində mütəxəssislər, ustadlar ruhun tərbiyəsini mühüm sayır. Mənəvi baxımdan hazırlıqsız insanın karate məharətlərinə yiyələnməsini düzgün hesab etmirlər. Yapon karate ustadları Çin mənşəli "zen" sözündən istifadə edirlər. Bu söz düşünmək, təfəkkür mənasını bildirir. Bu yolun ardıcılları fiziki sağlamlıq üçün mənəvi baxımdan sağlam olmağı ilkin şərt sayırlar.
Doktor Seyid Məhəmmədbaqir Höccəti "İslam və təlim-tərbiyə" kitabında yazır: "Təcrübi psixologiyada belə bir inam var ki, bütün psixoloji xüsusiyyətlər insan orqanizminə təsirlidir."
İbrət götürməyən insanın baxması, düşünməyən insanın dinləməsi faydasızdır. Mənəviyyat olmayan yerdə cismi gücləndirmək nə inki faydasızdır, bəlkə də zərərlidir. Allah-Taala buyurur: "Onların ağlı var, amma düşünmürlər, gözləri var, amma görmürlər, qulaqları var, amma eşitmirlər. Onlar dördayaqlılar kimidir, hətta daha aşağıdır. Onlar qəflətdədirlər."
Yəni bu insanların hissləri insanın tələblərini yerinə yetirmir. Fiziki baxımdan sağlam olsalar da ruhun tələblərinə cavab vermirlər. Ustad Şəhid Mürtəza Mütəhhəri buyurur: "Əgər bir şəxs yalnız fiziki sağlamlığına diqqət yetirirsə, məsələn dişlərini sağlam saxlayırsa, onun bu işində eyib yoxdur. Eyb ondadır ki, bu şəxs öz vücudunun zəruri sahələrini yaddan çıxarıb. Bu insanların eybi özlərini bir sahəyə həsr etmələridir. Bəzi məktəblərdə, məsələn hind məktəblərində cismi zəiflətmək faydalı sayılır. İslam bütün bunları qəbul etmir. Cism sağlam olmalıdır və bu sağlamlıq mənəvi sağlamlığın kənarında faydalıdır. Sağlamlıq hədəf deyil. Sağlamlıq insanı son məqsədə aparan vasitədir."
Bəzi rəvayətlərdə mənfi xasiyyətlərin insanın fiziki sağlamlığına zərbə vurduğu deyilir. Həzrət Əli (ə) buyurur: "Sağlamlığın səbəbi insanda həsədin az olmasıdır." Başqa bir məqamda həzrət buyurur: "Həsədçi, paxıl insanların öz sağlamlıqlarına biganəliyindən heyrətdəyəm." İmam Sadiq (ə) buyurur: "Paxıl insan paxıllıq etdiyi şəxsdən qabaqd özünə zərbə vurur."
Bəli, həsədçi, paxıl insanlar öz orqanizmlərini məhv edirlər.
İslam sağlamlığa qiymət verməklə yanaşı idamn növlərindən danışır, insanı fiziki hərəkətlərə təşviq edir. Müsəlman idmançını qeyri-müsəlman idmançıdan fərqləndirən onun idmanı imanda məqsədə çatmaq üçün vasitə saymasıdır. Müsəlman idmançı necə olmalıdır:
1.Müsəlman idmançının ilk xüsusiyyəti onun iman və təqvasıdır. Fiziki güc hər şeyi həll etmir. İnsan üçün dəyərli olan onun təqvasıdır. Quranda buyurulur ki, insanlar arasında ən dəyərlisi onların ən təqvalısıdır.
Təqvalı və imanlı insanlar nə qədər güclü olsa yaxşıdır. Rəvayətlərdə deyilir ki, güclü və imanlı şəxs zəif və imanlı şəxsdən daha çox seviləsidir. Bu hədisdə mömin sözü güc və zəiflik sözündən öndə gəlir. Bir imanlı insan o biri imanlı insanla müqayisə edilir. İstənilən bir halda iman əsasdır.
İmanlı insan güclü və sağlam olduqda daha faydalıdır. O həm ibadətdə, həm cihadda öndə gedə bilir. İmam Xomeyni buyurur: "Millətin arxası dinin arxasıdır. İmanlı kişilər, imanlı idmançılar, imanlı ruhanilər, imanlı tələbələr millətə və dinə arxa ola bilər. Yalnız bu insanlar varlığımıza uzanmış xain əlləri kəsə bilər."
İmam idmançıların vəzifələri haqqında buyurur: "İdmançıların iki mühüm vəzifəsi var: Biri cismi gücləndirmək, o biri mənəvi baxımdan inkişaf etmək. İnsanın mənəvi gücü artanda fiziki gücü iki qat artır. İdmançılar çalışsın ki, ilahi qüdrət, İslam və Əmirəlmömininin bərəkəti ilə böyük qüdrət əldə etsinlər. Ruh və cisminiz güclü olsun."
2.İdmançı sədaqətli olmalıdır. Onda xəyanət görünməməlidir. Quran ayələrində güc əmanətdarlıqla yanaşı zikr olunur. Bu iki xüsusiyyət bir-birini tamamlayır. Həzrət Şüeybin qızı Səfura həzrət Musanı iki xüsusiyyətinə görə işə götürməyi atasına təklif etdi. Atasına dedi ki, bu şəxs güclü və əmindir. Bir insanın gücü olsa, sədaqəti olmasa sədaqətli zəif adamdan təhlükəlidir. Başqa bir əhvalat həzrət Süleymanla Bilqeysin əhvalatıdır. Həzrət Süleyman Bilqeysin taxtını Səba məmləkətindən öz sarayına gətirmək istəyəndə kimin bu işin görə biləcəyini soruşur. Cinlərdən olan bir ifrit bu işi görə biləcəyini deyir. O xüsusi vurğulayır ki, bu iş üçün güclü və əmindir (əmin - əmanətdar, vəfalı, sədaqətli).
3.İdmançı elimli və bəsirətli olmalıdır. Çox təəssüf ki, müsəlman idmançıların əksəri bu nöqtələrə lazımınca əhəmiyyət vermir. Həm fiziki, həm elmi baxımdan güclü olmaq iki güclü qanada malik olmaq kimidir. Quşun bir qanadında zəiflik olsa uça bilməz. Quran Talut haqqında buyurur: "Onu elm və gücdə üstün etdik."
Həzrət Davud güclü, imanlı bir şəxs idi. Elə bu məharətlərinə görə kafirlərin başçısını öldürə bildi. Allah ona hökumət və elm verdi. Davudun kifayət qədər iman və gücü vardı. Belə bir şəraitdə rəhbərlik üçün elmə ehtiyac yaranırdı. Allah Davuda həmin elmi verdi.
Qurana görə, fiziki səviyyə ilə mənəvi səviyyə arasında rabitə var. Quran bu səbəbdən buyurur ki, seçilmiş insanlara hökm və elm verildi. Ayələrdə deyilir ki, Musa güc sahibi olanda ona elm və hikmət verildi.
Dini rəvayətlərdə idmançının elminə əhəmiyyət verilir. Peyğəmbərdən nəql olunmuş hədislərdə bildirilir ki, ata övladına savad verməklə yanaşı ona üzgüçülük və atıcılıq öyrətməlidir. Seyid Haşim Bəhreyni yazır: "İmam Həsən və İmam Hüseyn uşaq yaşda olduqları zaman həzrət Əlinin (ə) yanına gəlib onların güləşinə hakimlik etməsini istədilər. Həzrət buyurdu ki, gedin yazı yazmağı öyrənin. Təbii ki, Məsumların buyruqları bütün müsəlmanlara ünvanlanıb. Olsun ki, həzrət bu sözü ilə müsəlmanlara elmin dəyərini göstərmək istəyib. Məqsəd idmanın faydasını inkar etmək deyil. İmam Həsən və İmam Hüseyn Peyğəmbərin qarşısında güləşərdilər. Həzrət onları bu işə təşviq edərdi. Həzrət Əlinin (ə) buyuruğu isə elmin əhəmiyyətini göstərir.
4.İdmançı xeyir işlərdə öncül olmalıdır. İdmanda birinci olmaq dəyərlidir. Amma müsəlman idmançı xeyriyyəçilikdə də seçilməlidir. Quranda buyurulur ki, möminlər xeyir işə tələsənlərdir. Həzrət İbrahim, Lut, İshaq, Yəqub, Nuh, Davud, Süleyman, Əyyub, İsmail, İdrisin vəsfində Allah onların xeyir işdə öncül olduğunu vurğulayır.
5.Müsəlman idmançı məzlumun müdafiəsində dayanmalıdır. Güclü olmaq başqalarına zor göstərmək üçün deyil. Güc o zaman faydalıdır ki, məzlumun haqqını ona qaytarmaq üçün sərf olunsun. Həzrət Əli (ə) öz övladlarına vəsiyyətində buyurur ki, həmişə zalıma düşmən, məzluma dost olun. Şairin təbirincə, güclü qolun şükrü məzlumun əlindən yapışmaqdır.
Bəli, idmançı öz gücünə görə şükr etməlidir. Bu şükr məzluma köməklə həyata keçir. Həzrət Musa güclü bir gənc idi. O müsəlman idmançılara yaxşı nümunədir. Fironun məmurlarından olan qibti Bəni-İsraildən olan bir mömini kötəklədiyi zaman həzrət Musa onun köməyinə gəlir. Həzrət Musanın zalımın sinəsinə vurduğu yumruq onun həyatına son qoyur. Bu işə görə fironçuların təqibinə məruz qalan Musa Allahın dərgahına istiğfar edib deyir: "Pərvərdigara, özümə zülm etdim, məni bağışla." Allah onu bağışladığı zaman Musa belə ərz edir: "Pərvərdigara! Bu nemətinə şükr olaraq heç vaxt zalımlara yardımçı olmayacağam." Fironçuların əlindən qaçan Musa Mədyən şəhərində quyu başında dayandığı zaman çobanlar qoyunlarına su verirdi. İki qız kənarda dayanmışdı, çobanlar onlara yol vermirdi. Musa zülmə dözmədi, qızların köməyinə gəldi. Çobanları kənarlaşdırıb qızların qoyunlarına su verdi.
İmam Səccad (ə) Səhifeyi-səccadiyyənin 20-ci duasında belə ərz edir: "Pərvərdigara! Məhəmməd və ali Məhəmmədə rəhmət göndər, zalımlarla mübarizədə qolumuza güc ver, düşmən qarşısında dilimizi qüdrətli et, bizi zalım qövmə qalib buyur. Güc ver ki, düşmənin hiyləsini dəf edim, zalımın təcavüzü qarşısında dayanım, düşmənin təhlükəsini aradan qaldırı... Pərvərdigara! Kömək ol ki, xalqın xeyrinə iş görüm. Məni minnət və ağır sözdən qoru, dilimi özümü tərifdən çəkindir."
6.İdmançı bağışlayan, güzəşt edən olmalıdır. Fiziki gücün zirvəsinə qalxmış şəxsdə əvəz çıxmaq, intiqam alovu şölələnməməlidir. Qələbənin şükrü olaraq güzəştə getmək lazımdır. Həzrət Əli (ə) buyurur: "Düşmənə qalib gələndə onu bağışlamaqla Allaha şükr et." Əgər düşməni məğlub etdinsə çalış ki, onu bağışlamaqla böyük mükafat alasan.
7.İdmançı təkəbbürlü olmamalı, gücünə görə lovğalanmamalıdır. Unutmamalıyıq ki, bütün nemətlər kimi güc də Allahın payıdır. Elə bu səbəbdən namazda ayağa qalxarkən Allahın gücünü yada salırıq.
İmam Hüseyn (ə) düşmən qoşunu üzərinə hücuma keçəndə, ox yağışı altında tək başına irəli gedəndə uca səslə buyururdu: "La həvlə vəla quvvətə illa billah əl əliyyul əzim." Bəli, güc Allaha məxsusdur!
Özünün olmayan bir şeyə görə qürrələnməyə dəyməz. Gücünə görə lovğalanan insan Allahı yaddan çıxarıb. Həzrət Süleyman fövqəladə qüdrət sahibi idi. O bir işarə ilə Bilqeysin taxtını hüzuruna gətirdi. Bununla belə heç vaxt qürrələnməzdi. Buyurardı ki, bu qüdrət Allahın lütfüdür, məni sınağa çəkir ki, şükür edəcəyəm, yoxsa yox.
Bəli, fiziki güc sınaq vasitəsidir. İnsan malik olduğu gücə görə lovğalanmaqla öz səadətini məhv edir.
İslamda bəzi idman növləri, idmanın bəzi formaları məqbul sayılmır. Müasir dövürdə beynəlxalq imperializm öz məqsədinə çatmaq üçün idmandan da istifadə edir. İdmançılarda amansızlıq, bir-birinə qarşı düşmənçilik ruhiyyəsi yaradılır. Hazırda idmançıların ağır fiziki zədələnməsi ilə nəticələnən döyüş növləri var. Meydanda insanların həyatına qəsd olunur, kimlərsə böyük pul qazanır. İslam belə çikrin məqsədlərlə keçirilən müsabiqələri rədd edir. İdman düşmənçilik yaratmamalıdır. İdman insanı heyvana çevirməməlidir. İdmanda rəqibə ağır zədə vurulmamalıdır. Tamaşaçı və idmançı istismar edilməməlidir. İdmançı və idman insanları həyati əhəmiyyətə malik məsələlərdən qəflətdə saxlamamalıdır. İdmanda məqsəd sadəcə vaxt keçirmək yox, mənəviyyata kömək olacaq fiziki sağlamlıq əldə etməkdir.
Nur-az.com