09 Sentyabr 2016
Əhli-beyt (ə) bərəkətindən xalis şiələrin kəraməti
Allah kimə mənim Əhli-beytimin (ə) eşqini ruzi etsə, heç şübhəsiz həmin şəxs dünya və axirət xeyrinə çatmışdır

Axund Molla Məhəmməd Kaşi həqiqi ariflərdən, misilsiz şiə filosoflarından olmuşdur. Onun ibadət və çıxışları Allah övliyalarının ibadət və çıxışlarını xatırladır. Ustadın irfan və fəlsəfə məktəbində şəhid Ayətullah Seyid Həsən Müdərris, Hacı Şeyx Mürtəza Talibani, Hacı ağa Rəhim Ərbab, Ayətullah-üzma ağa Seyid Cəmaləddin Gülpayiqani, Ayətullah-üzma Bürucerdi kimi şəxsiyyətlər tərbiyə almışdır.
Bir gün ustad, Sədr mədrəsəsində hücrəsinin qapısında əyləşdiyi vaxt Bəxtiyar qəbilələrindən olan bir gənc ona yaxınlaşır. Övladı olmayan bu gəncə demişdilər ki, onun problemini axund Kaşi həll edə bilər. O da ustadın sorağınca gəlir və onu tapıb deyir: “Allahdan mənim üçün bir övlad istə.” Axund buyurur: “Bu mənim əlimdən gələn iş deyil. Bu qəbil istəklər üçün Allah yanında ləyaqətim yoxdur. Ey qardaş, əgər mənim mənəvi simamın şəklini mədrəsənin ayaqyolusundan assalar, kimsə ayaqyoluna getməz!” Amma axundun bu sözləri gənci fikrindən daşındırmır. Axund sadəcə onun əlindən qurtulmaq üçün deyir: “Get bir kuzə götür, mədrəsənin hovuzundakı sudan götür. Həmin sudan özün də iç, zövcən də içsin. Əgər Allah istəsə övladınız olar.” Həmin gənc pak bir qəlb və niyyətlə axundun göstərişini yerinə yetirir. Növbəti il südəmər bir körpə ilə mədrəsəyə gəlir. Axunddan xahiş edir ki, uşağın qulağına azan desin!
Rəvayətlərdə deyilir: “And olsun Allaha, kim onları sevdisə, dünya və axirət faydası ona nəsib oldu. (“Yənabiul-məvəddət”, 2-332; “Biharul-ənvar”, 27-116, bab 4, hədis 92)

İslam peyğəmbəri çox mühüm bir rəvayətdə buyurur: “Allah kimə mənim Əhli-beytimin (ə) eşqini ruzi etsə, heç şübhəsiz həmin şəxs dünya və axirət xeyrinə çatmışdır. Kimsə şübhə etməsin, o mütləq behişt əhlidir. Çünki mənim Əhli-beytimə məhəbbətin iyirmi nəticəsi var: On nəticə dünyada, on nəticə axirətdə. Dünyadakı nəticələr: zöhd, müsbət təlaşa rəğbət, dində paklıq, ibadət şövqü, ölümdən qabaq tövbə, gecə ibadətinə həvəs, xalqın əlindəkindən ummamaq, əmr və qadağalara riayət, dünya ilə düşmənçilik, səxavət və əta. Axirətdəki nəticələr: əməl naməsinin açılmaması, mizan-tərəzinin qurulmaması, əməl naməsinin sağ ələ verilməsi, əzabdan qurtuluş vəsiqəsi, üzüağlıq, behişt libası, ailədən yüz nəfər üçün şəfaətin qəbulu, Allahın mərhəmət və nəzəri, behişt tacı, behiştə sorğu-sualsız giriş. Xoş olsun Əhli-beyt (ə) aşiqlərinin halına!” (“Əl-xisal”, 2-515, hədis 1; “Mişkatul-ənvar”, 81)