25 İyul 2016
Ustad Qəraəti: Bu dərdin həkimini tapsan, mənə də göstər...
Din insanı aldanışdan xilas etmək üçün gəlib
Höccətülislam vəlmüslimin Qəraəti buyurur:
Hamımız dünyaya aldanırıq. Bir nəfər məndən soruşdu ki, namazda diqqətimin yayınmaması üçün nə edim? Dedim bu dərdin həkimini tapsan, mənə də göstər. Quran buyurur ki, din insanı aldanışdan xilas etmək üçün gəlib. Hər kəs öz xəyallarına uyğun aldanır. Şeytan öz əslinə aldandı. Dedi ki, mən oddan, insan torpaqdan olduğu üçün ondan üstünəm. Alim olmaq asandır, insan olmaq çətin. İnsanın başqa bir insanı özündən üstün bilməsi asan iş deyil. Bir şəxs Əmir Kəbiri şeirlə mədh etdi. Əmir Kəbir irad bildirdi. Dedi ki, necəyəmsə elə de, şişirtmə. Bizə tapşırılıb ki, yaltaqcasına tərifə etiraz edək. İnsanın özünü böyük sayıb lovğalanması da, kiçik sayıb ümidini itirməsi də pisdir.
Vilayet.info