03 Mart 2014

Həyat yoldaşına təşəkkürün faydası

1.Mənəvi inkişaf

Məşhur əxlaq ustadlarından biri buyururdu ki, həyat yoldaşına təşəkkür etmək, hətta işini yarımçıq yerinə yetirmiş belə olsa, onun mənəvi inkişafına səbəb olar. Bu o mənayadır ki, mənəviyyatda inkişaf etmək ailədən və cəmiyyətdən ayrılmağa elə də kömək etmir. Əksinə, insanlarla birlikdə olmaq və düzgün rabitənin olması insanın mənəviyyata yetişməsinə layiqli kömək edir.

2.Tərəf müqabilini sevindirmək

Cütlüklərin problemlərindən biri də tərəf müqabilini xoşhal etməkdir. Bu iş bəzi vaxtlarda çoxlu vaxt və xərc tələb edir. Amma, tərəf müqabilini xoşhal etmək üçün sadə və xərcsiz bir yol, evdə olan fəaliyyətlərinə görə ondan təşəkkür və təqdir etməkdir. Bu işi bir əməl və ya danışmaqla yerinə yetirmək olar.

3.Məhəbbəti cəlb etmək

Ər və ya arvadın həyat yoldaşının məhəbbətini cəlb etməsi çox əhəmiyyətlidir. Müxtəlif yollarla həyat yoldaşına təşəkkür etmək bais olur ki, insan asanlıqla tərəf müqabilinin məhəbbətini özünə cəlb etsin.

4.Təşəkkür ehtiyacının təmini

Hər bir insanın gördüyü işlərə görə dəyərləndirilməyə ehtiyacı var. Əgər bu ehtiyac düzgün yerinə yetirilsə ailə rabitəsi möhkəm olar. Eləcə də, bu niyazlar yerinə yetirilməzsə ruh düşgünlüyü yarana bilər.

5.Ailədə istilik və səmimiyyət yaratmaq

Həyat yoldaşına təşəkkür etmək, cütlüklər arasında soyuqluğu aradan qaldırar və ailəyə isti münasibətlər gətirər.

6.Ev və çöl işlərində təşviq etmək

Bu hissin olmağı, mənim evdə, çöldə olan fəaliyyətlərim həyat yoldaşımdan gizli deyil və bu fəaliyyətlərimə görə mənə təşəkkür edir. Bu dəyərləndirmə bais olur ki, mən bütün vücudumla işimi davam etdirim. Eləcə də, işləri təkmilləşdirməklə naqis işləri yekunlaşdırmaq olar.

7.Bağlılıq və əlaqə yaratmaq

Lazım olan vaxtda həyat yoldaşına diqqətli olmaqla yaxşı əlaqə yaratmaq olar. Həyat yoldaşına təşəkkür etmək, vaxtında diqqət yetirməkdir.

8.Əxlaq və rəftarına təsir

İnsan o kəsə bağlıdır ki, onun işlərinə əhəmiyyət verə və hiss edə ki, gördüyü işlər onun nəzərində əhəmiyyətlidir. Eləcə də, insaniyyət və yaxşı rəftar yaranar.

9.Tərəf müqabilini dəyərləndirmək

Ər, həyat yoldaşı ondan təşəkkür etsə, həyat yoldaşını qiymətləndirməlidir və onu çox istədiyini hiss etməlidir. Ona görə də kişilər qadınlara iş deməmişdən öncə, onları sevməli və dəyərləndirməlidirlər.

10.Qiymətli olduğunu hiss etmək

Təşəkkür, həqiqətdə qəbul olunmuş əməldir. Belə ki, insan özünü qiymətli olduğunu hiss edir.

11.Yararlı olduğunu hiss etmək

Digərlərinin işlərinə təşəkkür etmək insanda bu hissi yaradır ki, o xeyirli və işə yarayandır. Amma təşəkkür etməmək qarşısında isə hisslərinə qapılır və faydasız olduğunu düşünür.

12.Razılıq hiss etmək

Ailədə heç kim gördüyü işlərə görə muzd tələb etmir. Bəzi işlərin təkrarlanması cansıxıcı ola bilər və bu vəziyyətdən çıxış yolu görülən işlərə görə təşəkkür etməkdir. Bu təşəkkür insanda razılıq əlamətini bir az da gücləndirir.

13.Çətinliklərə dözmək

Müştərək həyat problemlərlə doludur. Cütlüklər bu çətinliklərə dözməlidir ki, şirin həyatı təcrübə etsinlər. Həyat yoldaşına təşəkkür etmək, insana ailədə olan çətinlikləri dəf etməkdə yardımçı olur və bu təşəkkür insanı çətinliklər müqabilində təşviq edir.

14.Aramlıq

Aramlıq üçün müxtəlif amillər var. Bu amillərdən mühüm olanı təşəkkürə işarə etmk olar. Təşəkkürün olmaması nigarançılıq və iztirab yaradır. Belə ki, görülən işdən sonra təşəkkür edilməzsə, insan hiss edir ki, gördüyü işlərə sərf etdiyi vaxt dəyərsiz olub, ya da işini düzgün yerinə yetirməyib.

15.Fəaliyyətlərdə fasiləsizlik

Hər insan gördüyü işlərə görə təşviq edilsə, mütləq yenə də o işi təkrarlayacaq. Əksinə, təşviq olunmazsa, işdən soyuyar və o işi yenidən məcbur belə etsələr, gördüyü işdən ləzzət almaz və hətta əziyyət çəkmiş olar.

İmam Sadiq (ə) buyurur: “O kəsə təşəkkür et ki, sənə ehsan edib. Bu iş bais olar ki, ehsanda sabitqədəm ola və əgər təşəkkür etməsən, ehsanda davamlı olmaz.”


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



6110 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP