02 Mart 2014

Sədəqə verdikdən sonra...

Bəhlul darıxanda çay qırağına gedərdi. Sahildə oturub suya baxardı.
Suyun paklığı və təravəti onun qüssəsini yuyardı. Əgər bekar olsaydı orada oturub uşaqlar kimi torpaqla oynayardı.
O gün də çayın qırağında torpaqdan ev düzəldirdi. Düzəltdiyi evin qabağında bağça düzəldir və bağçanın içində bir az ot və bir neçə dənə səhra gülü də qoyur.
Xidmətçilərdən biri ona yaxınlaşır, amma o yenə də işinə davam edir. Xəlifənin həyat yoldaşı Zübeydə Xatun onun başının üstə dayanıb deyir:
-Bəhlul, nə düzəldirsən?
Bəhlul ciddi tonda deyir:
-Behişt tikirəm.
Harunun həyat yoldaşı Bəhlulun zarafat ediyini görüb deyir:
-Onu satırsan?
Bəhlul deyir:
-Satıram.
Neçə dinara satırsan?
-100 dinar.
-Mən onu alıram.
Bəhlul 100 dinarı alıb deyir:
-Bu behişt sənin oldu, sənədini də sonra yazıb sənə verəcəm.
Zübeydə Xatun gülümsəyərək gedir.
Bəhlul pulları götürüb şəhərə tərəf gedir. Yolda hər fəqirə çatandan ona bir sikkə verir. Bütün dinarları sədəqə verdikdən sonra, rahatlaşıb evə gedir.
Həmin gecə Zübeydə Xatun yuxuda böyük və gözəl bir bağa daxil olur. Bağın ortasında yeddi rənglə cəvahiratla bəzədilmiş qəsrlər vardı. Bağdakı güllər çox gözəl ətirli idi. Hər ağacın altında bir neçə kəniz xidmət üçün dayanmışdılar. Kənizlərdən biri qızıl rəngli vərəqi Zübeydə Xatuna verib deyir:
-Bu, Bəhluldan aldığın behiştin sənədidir.
Zübeydə yuxudan ayılandan sonra, xoş hallıqla yuxuda behişt aldığını Haruna danışır.
Səhər vaxtı Harun xidmətçilərindən birini Bəhlulun ardınca göndərir. Bəhlul qəsrə gələdikdə Harun ona xoş gəldin deyir və mehribanlıqla onu qarşılayır. Sonra Bəhlula 100 dinar verib deyir:
-Zübeydəyə satdığın behiştdən birini də mənə sat.
Bəhlul 100 dinarı Haruna qaytarıb deyir:
-Sənə behişt satmıram.
Harun deyir:
-Əgər çox pul istəyirsənsə, yenə də verim?
Bəhlul deyir:
-Əgər 1000 dinar da versən satmayacam.
Harun narahat olub deyir:
-Niyə?
Bəhlul deyir:
Zübeydə Xatun o behişti görməmiş aldı, amma sən bildiyin üçün almaq istəyirsən, mən sənə satmıram!

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



6242 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP