01 Mart 2014

Allaha nə üçün ibadət edirsiniz?

Bu günkü günümüzdə mənəviyyatsızlıq baş alıb gedir. Halbuki insanlara hər şeydən mühüm olan mənəviyyat və Allaha qayıdışdır. Hər kəsin Allahla rabitə yaratmaq qəsdi olsa, bəzi suallar təkliflər var. O cümlədən:

1.Allahla necə minacat edək?
2.Necə və hansı məqsədlə ibadət edək?
3.Nə qədər ibadət edək?
4.Minacata töfviq tapmağın yolları nədir?

Minacat əlaqə saxlamağın bir növüdür. Düzgün əlaqə qurmaq üçün nə etməli? Mövzunun əhəmiyyətli və həssas olması Allahla əlaqə yaradır. İnsan agah şəkildə yardım sorağında olmalıdır. Tarix boyu ibadət edənlər arasında peyğəmbərlər və ilahi övliyalar kimi ibadət edən olmayıb. Bu böyüklərin arasında Əhli-beytin (ə) məxsus yeri vardır. Əhli-beytdən (ə) olan, hamını öz ibadətilə heyrətləndirən, şiələrin dördüncü İmamı həzrət Zeynəlabidindir (ə).

İbadətin həddi

İnsan Allaha həmişə ehtiyaclı olduğuna inanmalıdır. O halda nə qədər gücü varsa ibadət edəcək, yəni həzrət İmam Səccadın (ə) ibadətə hədd qoymadığı kimi.
Həzrət İmam Əlinin (ə) qızı Fatimə qardaşı oğlunun ibadətdə özünü necə çətinliyə saldığını gördükdə Cabirə deyir: “Ged, Əli ibn Hüseyn – atasının yadigarı, ibadət və səcdənin çoxluğundan burnu yaralanan, alnı, dizləri döyənək olan – de ki, özündən müqayət olsun və özünü Allaha ibadətdə bu qədər çətinliyə, zəhmətə salmasın.

İbadətdə məqsəd

İbadət, axirət əzabının qorxusundan və behişt padaşının məqsədi kimidir. Amma bunlar orta məqsədlər sayılır. Ən yüksə ibadət məqsədini Əhli-beytdən (ə) öyrənmək lazımdır.
İmam Səccad (ə) buyurur: “Mən xoşlamıram ki, Allaha ibadət edim və bu ibadət savaba çatmağıma yardımçı olsun. Əgər bu cür olsa, eynən tamahkar kimi olaram. Yəni muzdla işləyən kimi, əgər muzdumu verməsələr işləməyəcəm və o işə etinasızlıq edəcəm.
Bir də xoşlamıram ki, Allah-Taalaya qorxu və əzab üzündən ibadət edim. Əgər bu cür olsa eynən pis işləyən insan kimi olaram, əgər qorxmasan işləmərəm.
Soruşurlar: Onda Allaha nə üçün ibadət edirsiniz?
Buyurdu: “Ona görə ki, Allahı ibadətə layiqli bilirəm və mənə nemət əta edib.”
İnsanın Allahla raz-niyaza rəğbət və istəyi ilahi bir tövfiqdir ki, hər kəsə qismət olmur. İlahi tövfiqə nail olmaq yollarından biri də minacat vasitəsilə Allahdan istəməkdir. Necə ki, duada oxuyuruq: “İlahi! İtaət tövfiqini ruzimiz qərar ver.”. Digər tərəfdən Allahdan istəmək lazımdır ki, onun üçün minacat zəmini yaratsın.


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5965 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP