22 İyun 2016
Sünni gənci evləndirən şiə alim
Mirzayi Şirazidən bir xatirə

Həqiqi şiə alimləri eynən Həzrət Peyğəmbərin (s) yolunu gedərək başqa din və millətlərə yox, zülmə qarşı çıxıblar.
Şiə məzhəbinin ən tanınmış simalarından biri mərhum Mirzayi Şirazidir. Nəql edirlər ki, Samirrada (İraq) təfriqəçi qüvvələrin təsiri altına düşmüş sünnilər şiələri, o cümlədən Mirzayi Şirazini incidirmiş. Evlənmək istəyən bir sünni gənc Mirzayi Şirazinin görüşünə gəlib evlənmik üçün kömək istəyir. Düşünür ki, əgər alim kömək etməsə, onu bur yolla incitsin. Mirzayi Şirazi nə qədər pula ehtiyaclı olduğunu soruşur. Sünni gənc 20 lirə lazım olduğunu deyir. Şiə alim həmin məbləği sünni gəncə təqdim edir. O zaman üçün bu çox fövqəladə bir addım idi. Xəbər bütün şəhərə yayılır. Sünni ağsaqqalları şiələrə qarşı münasibətlərindən peşman olub, Mirzayi Şirazinin görüşünə gəlir, üzr istəyirlər. Həmin gündən Samirrada vəziyyət dəyişir.
Vilayet.info