15 İyun 2016
İMAM XOMEYNİ VƏ RAMAZAN AYI
Mömin anbaan inkişaf, tərəqqi halındadır. İmam eynilə belə idi və biz bunu, məxsusən xüsusi vaxtlarda hiss edirdik
İmam Xomeyni adətən ramazan ayında heç kimə görüş vermirdi. Əlbəttə, biz bəzən ramazan ayının ortalarında gedirdik və onunla görüşürdük. – İftar açmaq üçün və ya başqa bir bəhanə ilə bir-iki dəfə onun yanında olurduq – Amma əksər vaxtlar camaat İmamı görmürdü. Biz də həmişəkindən az görürdük. Ramazan ayından sonra insan onu görəndə – camaatla görüşdə – açıqca hiss edirdik ki, bu bir ayda daha nurani olmuşdur. Adam bunu hiss edirdi. Səksən neçə yaşlı – doxsan yaşa yaxın – bu bir ayda hərəkət edirdi və irəliləyirdi. Həmişə hərəkətdə idi, amma ramazan ayında daha ciddi, daha çox hərəkət edirdi. Çünki meydan münasib idi.
Mömin anbaan inkişaf, tərəqqi halındadır. İmam eynilə belə idi və biz bunu, məxsusən xüsusi vaxtlarda hiss edirdik. Misal üçün, ramazan ayında o, özünə daha çox qayğı göstərirdi. Ramazan ayından sonra onunla görüşdükdə insan hiss edirdi ki, nuraniliyi, mənəviyyatı artmışdır. Şübhəsiz, bu xalqın və inqilabın əksər uğurları həmin nur qaynağından irəli gəlirdi.
Düşünürəm ki, əgər bizim misilsiz imamımız – həqiqətən bu dövrün insanları arasında onun bənzərini tanımırıq. İmamlardan, övliyalardan sonra onun bənzəri çox azdır – bu anlayışlarla üns bağlamasaydı, minacat və dua ilə məşğul olmasaydı, təvəssül, istiğfar əhli olmasaydı, Allahın bu qədər uğurlar bəxş etməsi mümkün deyildi. O böyük insanın uğurlarının böyük bir hissəsi Allahla əlaqədə olmasından, ürəyinin Allah dərgahına açıq olmasından, dua və minacatdan irəli gəlirdi. İnsan son illərdə bu mənəvi və ilahi şəxsiyyətin anbaan inkişaf etdiyini hiss edirdi. Hər keçən ramazan ayı insan bu dahi şəxsiyyətin daha da nuraniləşdiyini, Allahın onu istiqamətləndirdiyini görürdü.
Allah şahiddir ki, hər ramazan ayından sonra İmamın yanına gedirdim. Tam hiss edirdim ki, bu ramazan ayında keçmişə nisbətdə yüksəlmişdir, pərvaz etmiş, maddi aləmdən çox yüksəklərə ucalmışdır. Hər keçən gün irəliyə doğru gedirdi, kamilləşirdi. Mömin insan budur. "İki günü eyni olan şəxs aldanmışdır". ("Vəsail əş-şiə", c. 16, səh. 94) Əgər iki günümüz bir olarsa, demək, aldanmışıq. Sabahı bu günündən pis olan isə məlundur. Yəni Allahın rəhmətindən uzaqdır.

Ayətullah Seyid Əli Xamenei