24 Fevral 2014

Yezid necə öldü?

İslam tarixində insanlar üçün ibrət olacaq maraqlı məqamlar çoxdur. Məsələn, Yezidin ölümü, Muxtarın Əməvi hakimi tərəfindən azad edilməsi maraqlı hadisələrdir.
Yezidin oğlu ikinci Müaviyə atasının ölümündən sonra xilafət taxtından enib hakimiyyəti Əli övladlarının haqqı elan etdi. Dedi ki, Peyğəmbərə ən yaxın şəxslər Əli övladlarıdır. Hökm əlində olan günlərdə çox şiələri, o cümlədən Muxtarı həbsdən azad etdi.
Fars xəbər agentliyinin dərc etdiyi yazıda Yezidin ölümü və Muxtarın həbsdən azad edilməsi barədə danışılır. Hicri 64-cü il, rəbiüs-sani ayının dördündə Müaviyənin oğlu Yezid cəhənnəmə vasil oldu, yerinə oğlu Müaviyə gəldi.
"İmam Hüseyn ensiklopediyası" müxtəlif mənbələrə əsasən Yezidin qəfil ölüm səbəblərini açıqlayır. Mənbələr fərqlidir, amma tarixçilər yekdil olaraq bu fikirdədir ki, şərab içməkdə həddi aşması Yezidin ölümünün əsas səbəbidir.
Bəziləri nəql edirlər ki, məst halda olan Yezid rəqs edəndə yıxıldı və başı yerə dəydi. Bəziləri isə Yezidlə birlikdə rəqs edən meymunun onu dişlədiyini yazır. Amma əksəriyyət bu fikirdədir ki, Yezid çox şərab içdiyi üçün ölüb. Nəql olunur ki, Yezid öləndən sonra onun çöhrəsi qır kimi qaralmışdı. O zahiri və batini bir rəngdə olan halda dünyadan getdi.
Yezid Kərbəla faciəsinin əsas müqəssiridir. Bu hadisədən üç il sonra 38 yaşında ölümə qucaq açdı. Onun ölümü ilə Əbu Süfyan xanədanının çirkin hakimiyyəti başa çatdı.
Yezid öləndən sonra hicri 64-cü ildə xəlifə elan olunan Yezid oğlu Müaviyə Bəni-Üməyyənin hakimiyyəti qəsbi etdiyini bildirdi və ümumi bir toplantıda çıxış edib hakimiyyətin Əhli-beytin haqqı olduğunu elan etdi. Müaviyənin həbsdən azad etdiyi şiələr arasında Muxtar da vardı. O taxtdan endi və hakimiyyətin Peyğəmbər Əhli-beytinə mənsub olduğunu bildirdi.
İkinci Müaviyə dedi ki, mənim ata-babalarım Peyğəmbər övladlarına zülm edib, buna görə hakimiyyətdən imtina edirəm. Qulların və azad edilmiş şəxslərin xilafət haqqı yoxdur. Mən qul oğlu qulam!
Müaviyə ibn Yezid bütün mənbələrin bildirdiyinə əsasən hadisələr baş verən zaman 18-23 yaşlarında olub. Onun cəmi 20 gündən dörd aya qədər hakimiyyətdə olduğu bildirilir.
Əksər mənbələr ikinci Müaviyənin bu addımını onun iradə zəifliyi və cavanlığı ilə əlaqələndirirlər. Onu alçatmaq məqsədi ilə Əbu Leyli çağırarmışlar. Ərəblər iradəsiz kişiləri belə adlandırardılar.
Maraqlı nöqtələrdən biri budur ki, bir çox müsəlman alimləri hakimiyyətin zorla ələ keçirilməsini məqbul sayıblar. Onlar öz mövqelərini belə əsaslandırırlar ki, təfriqənin qarşısını almaq üçün belə addım atmaq olar. Vərəsəliklə keçən ilk hakimiyyətə də bu dəlillərlə bəraət qazandırırlar. Hadisədən bir müddət ötəndən sonra ikinci Müaviyənin fərqli addımı alimlər arasında müzakirə mövzusuna çevrilir və onu zəif iradəli uşaq adlandırırlar. Amma zəif uşaq adlandırılan Müaviyə babası Müaviyənin həzrət Əli (ə), atası Yezidin Əli övladları ilə düşmənçiliyini əsas götürüb öz nəslinin hakimiyyətə layiq olmadığını bildirir. O açıq elan etdi ki, xalq arasında xəlifəliyə məndən layiqliləri var.
İkinci Müaviyə qalmaqallı çıxışından sonra evinə üz tutdu, ömrünün qalan hissəsini ibadətdə keçirməyə qərar verdi. Amma anasının amansız hücumlarına məruz qaldı. Bununla belə Müaviyə mövqeyini dəyişmədi. Amansız təzyiqlər qarşısında sözü bu oldu: "Kaş bu işi öhdəmə götürməyəydim. Bəni-Üməyyə xilafətdən ləzzət alsın, mən xilafətə layiq insanları kənarda saxlayım?! Heç vaxt! Mən belə xilafəti qəbul etmirəm." İkinci Müaviyə gənc yaşlarında və şübhəli şəraitdə dünyasını dəyişdi.
Bəzi mənbələr ikinci Müaviyənin zəhərlənib öldüyünü, bəziləri ona sui-qəsd olunduğunu, bəziləri də təbii ölümlə həyatdan getdiyini yazır. İkinci Müaviyənin ölümü ilə Əməvilərin hakimiyyətində böhran pik həddə çatdı. Artıq bu ailədə hakimiyyəti qəbul etmək istəyən yox idi. Ona görə şair deyir ki, qazanları qaynayan fitnə görürəm, Əbu Leylidən sonra taxt-tac onu əldə saxlaya bilənindir.

Nur-az.com




7044 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP