Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2016

Sevmədiyinin ayaqqabısını cütləyən arif

Məqsəd zalıma əyilmək yox, bəyənmədiyin adama münasibətdə təvazökar olmaqdır
Hacı Mirza Cavad Ağa Təbrizi Nəcəfdə təhsil aldığı zaman daim nəfsin tərbiyəsinə vaxt ayırar, diqqət yetirərdi. Bu məqsədlə Ayətullah Axund Molla Hüseynqulu Həmədaninin elm və mərifətindən 14 il bəhrələnmişdi.
Ustadın hüzurunda iki il təlaşdan sonra ona deyir ki, mən seyr-zülukda irəli addım ata bilmirəm. Ustad onun adını soruşur. Məliki Təbrizi, adını deyir və ustadın onu tanımamasından təəccüblənir. Ustad soruşur ki, sən filan Məlikilərin qohumlarındansan? Məliki Təbrizi ustadın nəzərdə tutduğu qohumlarını bəyənmədiyindən onları tənqid edir. Axunad Molla Hüseynqulu Həmədani deyir: Nə vaxt pis saydığın adamların qarşısında onların ayaqqabılarını cütləsən, mən özüm sənin görüşünə gələcəyəm!
Məliki Təbrizi sabahdan sinifdə hamıdan arxada oturur. Bəyənmədiyi qohumlarından olan tələbələrlə elmi mübahisə edir. Nəhayət, onların ayaqqabılarını cütləyir. Bu xəbər Təbrizə çatır, qohumlar arasındakı kin-küdurət aradan qalxır.

Vilayet.info


6001 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP