17 May 2016
İbadət
O, il ərzində Allah-taalanın dərgahına çoxlu dua və münacat edir, mubarək ayda isə bu raz-niyazlar olduqca artır
İbadət zamanı Böyük Rəhbərin halı qeyri-adi olur. O, namaz halında elə qorxu və diqqətlə dayanır ki, onun arxasında namaz qılan şəxsdə vəsfəgəlməz mənəvi hal yaranır. Mən iki dəfə bu halı hiss etmişəm: Bir dəfə İmam Xomeyninin arxasında Qum şəhərində namaz qılarkən və digəri Məscidül-həramda Həcərül-əsvədlə Məqam arasında namaz qılanda. Bu hal mübarək ramazan ayında çox qeyri-adi olur. O, il ərzində Allah-taalanın dərgahına çoxlu dua və münacat edir, mubarək ayda isə bu raz-niyazlar olduqca artır. Böyük Rəhbərin Şəbaniyyə salavatı zamanı tapdığı hal görməlidir. O, olduqca mətanətlə və özünəməxsus xüsusi həya ilə onu oxuyur və bu duaları oxumağı tövsiyə edir. Böyük Rəhbər sutka ərzində yalnız dörd saat yatır. Qalan vaxtını ibadətə və rəhbərlik vəzifələrini yerinə yetirməyə sərf edir. Ağa Quma etdiyi səfərdə işlərinin həcmnin çoxluğuna baxmayaraq, Cəmkəran məscidinə getdi və səhərə qədər o məsciddə ibadətlə məşğul oldu. O, Tehranda da hər gecə saat 03:30 dəqiqədən sübhə qədər ibadətlə məşğul olur. Onun bu mənəviyyatı və ibadəti bizim hamımız üçün dərs və örnəkdir.
Höccətül-İslam Musəvi Kaşani
Höccətül-İslam Musəvi Kaşani