15 May 2016
Allahın bağı, Allahın əli, Allahın çubuğu
Allahın nemətlər sərdiyi süfrəyə nə üçün həsəd edirsən?

Bağın sahibi qulamını çağırıb dedi: - Qulam, o kəndiri gətir, bunun cavabını verim. Sonra oğrunu tutub bərk-bərk ağaca bağladılar və bir çubuq götürərək, onun ayaqlarına və arxasına vurmağa başladılar. Oğru qışqırmağa başladı: - Allahdan utan! Məni niyə vurursan?! Bağ sahibi dedi: - Bu, Allahın bəndəsi, Allahın çubuğu ilə, Allahın bəndəsini vurur. Mənim bir iradəm yoxdur. İş və iradə Allahındır.
Cəbrə inanclı olan oğru dedi: - Mən cəbrə etiqadımı tərk etdim. Sən düz deyirsən ey böyük insan. Dünyaya hakim cəbr deyil, ixtiyardır, ixtiyardır, ixtiyar.