11 May 2016
Səttarxanın Həzrət Əbəlfəzə (ə) xüsusi sevgisi
Səttarxan dinə çox bağlı olub və həzrət Əbəlfəlil-Abbasa (ə) xüsusi sevgisi olub
Səttarxan: Mən həzrət Əbəlfəzin (ə) bayrağı altında hərəkət etmək istəyirəm
Məşhur sərkərdə Səttarxanın nəticəsi Sami Sərdarmilli Səttarxan haqqında deyir: “Babam Yədullah, Səttarxanın tək oğlu olub. Onun haqqında mənim elə də xatirələrim yoxdur. Çünki o rəhmətə gedəndə mənim cəmi 8 yaşım vardı. Lakin onun yazdığı xatirələri vərəqləyirəm. O cümlələr arasında ən maraqlısı Səttarxanın rus konsuluna verdiyi cavabdır. Rusiyanın baş konsulu olan general, Səttarxana təslim olmaq təklifi edir və bunun əvəzində onu Məhəmmədəli şah Qacardan qoruyacağına söz verir. Səttarxan ona cavab verərək deyir: Mən yeddi dövləti Əmirəlmöminin Əlinin (ə) bayrağı altına toplamaq istəyirəm. Siz istəyirsiniz mən rus bayrağı altına girim?!”
Sami Sərdarmilli söhbətinin digər hissəsində deyir: “Səttarxanın çoxlu gözəl əxlaqi xüsusiyyətləri olmuşdur. Misal üçün onun dünya malına tamah salmayıb, dövlətin və rus səlahiyyətlilərinin pul, məqam və vəzifə kimi vədlərinə etina etməyib. Çox sadə həyat tərzi yaşayıb. Dinə çox bağlı olub və həzrət Əbəlfəlil-Abbasa (ə) xüsusi sevgisi olub”.
Həzrət Ayətullah Xamenei: “Təbrizdə Məşrutə İnqilabı hadisələri baş verən dövrdə atam cavan olmuşdur. O özü bu şəhərdə baş verənlərin şahidi olub. Mərhum Bağırxan onlarla bir məhəllədə yaşayıb. Qarabağlılar məhəlləsində. Atam hadisələri yaxından görüb və nəql edirdi. Bilirik ki, Səttarxan və Bağırxan Məşrutə İnqilabını elə istiqamətləndiriblər ki, ingilis və yadların istəyinin əksinə olub və Məşrutə heç vaxt yadların bayrağının altına getməyib. Səttarxan çıxışlarında və bəyanatlarında elan edərək deyirmiş: “Mən həzrət Əbəlfəzlil-Abbasın (ə) bayrağı altında hərəkət etmək istəyirəm”.
Bəziləri Məşrutə İnqilabını ingilislərin hərəkəti səmtinə yönəltmək istəyirdilər. Amma Səttarxan müqavimət göstərdi. Həmin adamlar idilər ki, sonradan Səttarxan və Baqirxanı Tehrana çəkib apardılar və Atabək bağında onları öldürdülər.