14 Mart 2016
Ərəbistanın Hizbullaha qarşı düşmənçiliyinin səbəbi
Hizbullah məntəqə və dünyada bütün azadlıqsevər hərəkatları dəstəkləyir
Redaksiyamızın "Shianews"ə istinadla verdiyi xəbərə görə Livan Hizbullahının baş katibinin müavini Nəim Qasim deyib: "Səudiyyə Ərəbistanı və onunla koalisiyada olan ölkələr Hizbullahın əldə etdiyi uğurlu və təsirli nailiyyətlərə görə narahatdırlar. Ona görə də özlərini İsrailə yaxınşaldırmağa cəhd edirlər".
Livanın "Əl-Minar" xəbər kanalının məlumatına görə, şənbə günü Bəəlbək Mərkəzi Seçki Komitəsinin keçirdiyi tədbirdə çıxış edən Şeyx Qasim Səudiyyə Ərəbistanının Hizbullaha qarşı düşmən mövqe tutmasının səbəblərinə toxunaraq deyib: "Ərəbistan 3 səbəbə görə Hizbullahla düşmənçilik edir və onu terrorçu adlandırır:

Birinci səbəb: Regionda təkcə Hizbullar təsirlidir. İsraili diz çökdürən, Livanı azad edən, sionistlərin qarşısında möhkəm hasar yaradan, sionist rejimin regionda layihələrini müvəffəqiyyətsizliyə uğradan yalnız Hizbullah oldu. Ona görə Ərəbistan və sionist rejim bir-birlərinə kömək edir.
İkinci səbəb: Hizbullah, Livanda islami və milli vəhdət yaratmağa çalışır və indiyə kimi ölkənin müxtəlif qrup və partiyaları ilə əməkdaşlıq etmiş, Livanın sabitlik və təhlükəsizliyi proqramı çərçivəsində addım atmış, dini-məzhəbi fitnələrin kökünü kəsmişdir. Lakin Ərəbistan müsəlmanlar arasındakı vəhdəti parçalamadan, fitnə yaymadan, müsəlmanların və xristianların arasını qatmadan heç bir iş edə bilmir.
Üçüncü səbəb: Hizbullah, xalqların istiqlalının tərəfdarıdır. Ona görə Yəmən, Suriya, İraq, Bəhreyin xalqlarının hərəkatlarını təsdiq etmək üçün sərt mövqe tutur. Hizbullah məntəqə və dünyada bütün azadlıqsevər hərəkatları dəstəkləyir. Amma Ərəbistan belə müqavimət hərəkatlarını öz despotizmi üçün təhlükə hesab edir. Bu səbəbdən də Hizbullahı özlərinə düşmən bilir və onun böyük nailiyyətlərinin qarşısını almağa cəhd göstərir. Bu məsələnin özü haqqın bizimlə olmasını sübut edir".
Qeyd edək ki, ötən ay Səudiyyə Ərəbistanı Fars körfəzində tərəfdaşları olan ölkələrlə birlikdə Livan Hizbullahını Ərəb Dövlətləri Liqasının və Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının qara siyahısına salmış, Hizbullahı dəstəkləyən hər bir media ilə əlaqələrini kəsmişdir. İki ay öncə isə Ərəbistana qarşı həqiqətləri, xüsusilə də onun Yəmənə qarşı müharibəsində həqiqətləri əks etdirdiyi üçün Hizbullaha bağlı "Əl-Minar" və müqaviməti dəstəkləyən "Əl-Məyadin" televiziya kanallarının Arabsat peyk antenasından yayımlanmasını dayandırdı.