03 Mart 2016
Allah yolunda 30 il yuxusuz!
Ey kaş 24 saatlıq bir iş olaydı... Hamı yatandan sonra vəziyyət dəyişir...
O, canbaz, yəni müharibə əlilidir. Səddamın İrana təcavüzü zamanı döyüşlərdə başından yaralanıb və beyni zədələndiyindən birdəfəlik yuxusunu itirib...
Shahidnews.com ötən il 25 faiz əlil Rəcəb Rəşidi ilə söhbətləşib. Canbaz deyib:
1344-cü ildə (hazırda 1394) anadan olmuşam. Cəbhəyə gedəndə 16 yaşım vardı. Nişapurda təlim keçdik. İki qardaşım var, ikisə də müharibə əlilidir. 1361-ci ilin mehr ayı idi. Əməliyyat meydanında idik. İraq tanklarının bizə doğru gəldiyini gördük. Tanklar bizə doğru atəş açmağa başladı. Yadımda qalan odur ki, başım od tutdu və qana bələndi...
Dostum Məhəmmədcavad Qaimi məni qospitala çatdırmışdı. Müslim ibn Əqil əməliyyatında ilk yaralanan mən olmuşdum. 7 gün sonra ayıldım. Dedilər İsfahandasan. Bir ay sonra Məşhədə göndərdilər. Orada Qaiminin şəhadət xəbərini aldım. 4 ay müalicədən sonra yenidən cəbhəyə yola düşdüm. Elə o zamandan yuxusuzluq başladı. Amma döyüş gedirdi, buna görə narahat deyildim. Yuxusuzluq 1366-da pik həddə çatdı. 60-a yaxın həkim baxdı, çarə olmadı. Alman mütəxəssis bu problemin aradan qalxmayacağını bildirdi. 30 ildən artıqdır yuxusuzam. Gecə olmayan bir yerdə yaşamaq istəyərdim. Ailə yatana qədər çətinlik olmuir. Hamı yatandan sonra vəziyyət dəyişir. Ən yüksək dozada dərmanlar zərrəcə təsir etmir. Hərəyə öz dərdi böyük görünür. Mənim üçün ən böyük dərd yuxusuzluqdur. Ey kaş 24 saatlıq bir iş olaydı, başım qarışaydı... Bu vəziyyətimdə də özümü şəhidlərə borclu sayıram.

Vilayet.info