Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Fevral 2016

Nə üçün Fransa inqilabı məğlub oldu, İslam inqilabı yaşayır?

İslan hökuməti nə dünya imperializmi, nə də beynəlxalq sionizmə arxalanır
Fransa inqilabının ilk 10 ilində 12 min insan edam edildi...

Böyük Fransa İnqilabı kimi tarixə düşmüş inqilab cəmi 15 il yaşadı və hakimiyyət Napoleonun əlinə keçdi... (KHAMENEİ.İR)
Tehran Universitetinin professoru doktor Mənuçöhr Məhəmmədi tarixin iki böyük inqilabını müqayisə edərkən deyir:
İran İslam iniqlabından öncəki qiyamları Fransa inqilabından qabaq görmürük. Fransa inqilabı daha çox 16-cı Luinin səltənətinin süqutu idi. Fransa iqtisadi böhran yaşayırdı, yeddi illik dörd müharibədə məğlub olmuşdu. Ölkəni Lui yox, onun xanımı Mariya Antuanetta idarə edirdi...
1789-cu il Fransa inqilabının tarixi kimi qeyd olunsa da, 16-cı Lui inqilabdan sonra 3 il hakimiyyətdə qalıb. Qərb siyasətçiləri deyir ki, inqilablar yaradılmır, özü gəlir!!
İran İslam inqilabı əslində inqilabdan əvvəl mövcud idi. Amma Fransa inqilabından 3 il ötəndən sonra hələ səltənətin ləğv olunub-olunmaması müzakirə edilirdi. Fransa inqilabından 3 il sonra burjuaziya deyilən sərmayə sahibləri hakimiyyəti ələ aldı. Sonra hakimiyyəti jirondistlər və yakobinçilər ələ keçirdi.
1792-ci ildən Fransada qanlı bir tarix yaşanıb. Kral, onun arvadı, əyanlar edam edilir. Fransa inqilabının ilk 10 ilində 12 min insan edam edildi. Fransada məşhur məsəl var ki, inqilab öz övladlarını yeyir. Napoleonun hakimiyyətə gəlişinin bir səbəbi də xalqın səfalət və xaosdan boğaza yığılması oldu. Fransa inqilabı heç bir ideoloji mahiyyət daşımırdı. Sadəcə səltənət sözdə respublikaya çevrildi. Napoleonun başçılıq etdiyi respublika Luinin başçılıq etdiyi krallıqdan daha diktator idi. Fransa inqilabının ideoloqu kimi təqdim olunan Jan Jak Russonun ölümündən sonra səhnədə heç bir nəzəriyyə qalmadı...
Amma İranda Vilayəti-Fəqih nəzəriyyəsi var idi. Əgər İslam iniqlabına bu nəzəriyyə və Fəliyyi-Fəqih rəhbərlik etməsəydi, bu inqilabın da aqibəti Fransa inqilabının aqibəti kimi olardı. Fransa inqilabından 11 il qabaq baş vermiş Amerika inqilabı da imperializmin hakimiyyətinə son qoya bilmədi... Amerika və Qərbdə inqilabların hakimiyyəti yuxarı təbəqədən ala bilməməsinin digər səbəbi bu ölkələrə böyük maliyə və imformasiya imkanlarına malik sionizmin nəzarət etməsidir...
İran İslam İnqilabında isə aparıcı qüvvə xalq idi və hakimiyyətdə olanların da dəstəyi, arxası xalqdır. İslan hökuməti nə dünya imperializmi, nə də beynəlxalq sionizmə arxalanır. Əksinə, bu qüvvələr İslam İnqilabına qarşıdır. İranda inqilabdan sonra 4 nəsil dəyişsə də inqilabi şüarlar gündəmdədir. Bu inqilab daimi bir inqilabdır, hər zaman səhnədədir...

Vilayet.info


7241 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP