07 Fevral 2016
Zaman və məkan şəhidə tabedir...
Şəhid ruhani höccətülislam Məhəmməd Əli Quluzadə haqqında
Kərbəla meydanında fədakarlıq dövrü ötüb-keçdisə də, Xanım Zeynəbin (s) hərəminin müdafiəsində, dünyanın bir çox haqqın batillə savaş meydanlarında Əhli-Beyt aşiqləri şəhadət şərbətini başa çəkir. Bu günlərdə İran xalqı, Qum əhalisi höccətülislam Məhəmməd Əli Quluzadənin şəhadət xəbərini aldı. (598.ir)
Şəhid höccətülislam Quluzadənin dostu və həmkarı cənab Hadi şəhid ruhani haqqında danışır:
Ailəsi və dostları şahiddir ki, əksər məclislərimizdə onun əxlaqi səciyyələri, təvazökarlığından danışardıq. Şəhid yetişmiş meyvə kimidir. Vaxtı çatanda bağban onu dərir. Şəhadətə çatmaq üçün xüsusi bir şəraitin yaranması zəruri deyil. Zaman və məkan şəhidə tabedir... İnsan özünütərbiyə və bəndəlikdə bir mərhələyə çatmalıdır ki, şəhadətə layiq olsun. Höccətülislam Quluzadə də uzun müddət idi çalışırdı. Nəhayət, Allahdan zəhmətinin bəhrəsini aldı. Ötən il Müqəddəs Müdafiənin ildönümü münasibətilə müharibə səhnəsi hazırlanırdı. Səngər düzəltmək üçün kisələri torpaqla doldurmaq lazım idi. Bir də eşitdik ki, ağa Quluzadə meydanda kisələrə torpaq doldurur. Şəhid Quluzadə məntəqədə vəliyyi-fəqihin nümayəndəliyinin məsulu idi. Nümyəndəliyin 4 otağı vardı. İsti yay günlərində 3 kondisioner verdilər. Şəhid Quluzadə dedi mənim otağımda ehtiyac yoxdur. O həmişə başqalarını, ətrafındakı insanları düşünürdü...
Vilayet.info