07 Fevral 2016
Ərəbistan kralı adını Kəbə pərdəsinə həkk etdirib!!
Kəbə pərdəsinin üzərində “Məlik Salman ibn Əbdüləziz” sözləri qızıl və gümüş saplarla toxunub
Səudiyyə Ərəbistanı kralının öz adını Kəbə pərdəsinə yazdırması İslam dünyasında ciddi etirazla qarşılanıb. Əl-Aləm informasiya agentliyi xəbər verir ki, sosial şəbəkə istifadəçiləri, xüsusilə Twitter istifadəçiləri Ali-Səud tayfasının öz başçılarının adını Məkkə qapılarına yazdırmasını, bundan da ağır rüsvayçılığa gedərək Kəbə pərdəsinə kralın adının həkk olunmasını qəzəblə qarşılayıblar. (tabnak.ir )
Ərəbistan mətbuatı yazır ki, Kəbə pərdəsinin üzərində “Məlik Salman ibn Əbdüləziz” sözləri qızıl və gümüş saplarla toxunub.
H-q. 1344-cü ildə (hazırda 1437) Məlik Əbdüləzizin göstərişi ilə Kəbə pərdəsi istehsal edən fabrik tikilib. Mütəxəssislər qara parça üzərinə qızıl və gümüş saplarla Quran ayələri yazırlar. Kəpə pərdəsi nəfis əl işidir. 2 ton ağırlığı olan pərdə 5,3 milyon dollara başa gəlir. Pərdənin hündürlüyü 14, uzunluğu 47 metrdir. Pərdə hər il Qurban bayramında dəyişilir. Çıxrılan pərdəni kiçik hissələr bölərək təbərrük kimi zəvvarlara paylayırlar.
Vilayet.info