02 Fevral 2016
"Allah yolunda öldürülmək məğlub olmaq deyil"
İmam Hüseynin (ə) məğlub olduğunu düşünmək səhvdir

İmam Hüseynin (ə) məğlub olduğunu düşünmək səhvdir. Öldürülmək məğlub olmaq deyil. Müharibədə öldürülən şəxs məğlub sayılmır, öz məqsədinə çatmayan şəxs məğlub sayılır. İmam Hüseynin (ə) düşmənlərinin məqsədi İslamı və Peyğəmbərin (s) yadigarlarını yer üzündən silmək idi. Onlar məğlub oldular; çünki belə olmadı. İmam Hüseynin (ə) məqsədi isə İslam düşmənlərinin hər yeri istədikləri rəngə boyamaqdan ibarət olan yekdil proqramını iflasa uğratmaq, İslamın, onun məzlumluq və haqlılıq nidasının hər yerdə ucalması və nəhayət İslam düşməninin məğlub olması idi. Və belə də oldu.
İmam Hüseyn (ə) həm qısa müddət üçün qalib oldu, həm də uzun müddət üçün.