Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Həqiqi islamçılara əxlaq dərsi

Ayətullah Hairi Şirazi namizədliyini geri götürdü
İSNA agentliyi Ayətullah Hairi Şirazinin Xibrə Məclisinə namizədliyini geri götürdüyünü xəbər verir. Ayətullah Hairi Şirazinin bu barədə məktubu dərc olunub. Məktubda deyilir:

Xibrə Məclisinə seçki astanasındayıq. Seçki məntəqəsinə gedib, dövrün hegemon, imperialist qüvvələrinə heç bir simpatiyası olmayanlara səs verməliyik...
Mən Mübariz Ruhanilər Cəmiyyəti ya Qum Elm Hövzəsinin Müdərrislər Cəmiyyətinin (iki cəmiyyət birlikdə Cameəteyn adlanır) siyahısı ilə Tehran dairəsindən namizədliyimi irəli sürmək istədim. Məlum oldu ki, bu iki cəmiyyətin siyahıları Tehran dairəsi üçün artıq qapanıb. Tehrandan başqa dairədən namizədlik irəli sürmək isə İnqilabın sütünlarına qarşı çıxmaq, başqa qüvvələrə qoşulmaq kimi görünə bilərdi. Namizədlikdən imtina etməyim İslam və İnqilabın aparıcıları ilə bir yerdə olmağımın elanı idi...
Namizədliyimi geri götürdüyüm üçün nəzərdə tutduğum əhəmiyyətli nöqtələri namizədlərin diqqətinə çatdırıram:
1.İstər Amerika və Avropa xalqları, istər Asiya və Afrika müsəlmanlarının iqitisadi, əxlaqi, ictimai problemlərdən qurtuluşu qərbin humanitar elmlərində deyil. Quran və İslam proqramları həm qurtuluşa aparır, həm elmi əsaslara malikdir... İsrailin ləğvi məsələsində dəlillərlə rastlaşanlar yəhudi olsalar belə bunu alqışlayırlar... Problem başqalarının qəbul etməməsi yox, bizim dəlillərimizin yetərsiz olmasıdır...
2.Bir məsələnin elmiliyi sübuta yetməsə qəbul edilməz. İddialarımızın dünya universitetlərində qəbul olunması üzün yetərli dəlillər göstərilməsi kifayət edir. Məsələnin elmiliyi sübuta yetməsə, heç öz ölkəmizdə qəbul edilməz... Pula İslam sağlam qan, qərb xəstə qan deyir. Xəstənin qanı təmizlənməsə xəstəliyi sağalmaz. Sağlam iqtisadiyyat üçün sağlam pul lazımdır. Bizdə pula münasibət qərbdəki münasibətdir. Müqavimət iqtisadiyyatı sağlam pulsuz mümkün deyil...

Vilayet.info


7855 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP