Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

“Ölkəniz və millətiniz belə insanlara ehtiyaclıdır!”

Ayətullah Xameneinin Avropada Tələbə İslam Cəmiyyətləri İttifaqına Müraciəti (18 yanvar, 2016)
Cənab Rəhbər Ayətullah Xamenei Avropada Tələbə İslam Cəmiyyətləri İttifaqına Müraciətində bütün iranlı gənclər və tələbələrə üz tutub, düşmən cəbhəsinin İran İslam Respublikasına qarşı fitnəkarlıqlarını təsirsizləşdirmək üçün möhkəm iradə və ardıcıl təlaşı yeganə çıxış yolu kimi göstərib. Cənab Rəhbərin müraciəti cümə günü İtaliyanın Milan şəhərində ittifaqın 50-ci illik toplantısında Cənab Rəhbərin Avropada tələbələrin işləri üzrə nümayəndəsi höccətülislam vəlmüslimin Cavad Ejeyi tərəfindən oxunub.

Müraciətdə deyilir:

Bismillahir-Rəhmanir-Rəhim
Əziz gənclər!
Artıq ittifaqın əlliilliyinə çatmısınız. Bu mübarək qurum İslam hidayəti, iman şövqü və təravətini gənclik, tələbəlik xislətləri ilə bağlayır. Bunun səmərəsi alim, mütəfəkkir, təqvalı, bəsirətli insanlar ola bilər.
Çalışın ki, özünüzü və bu ittifaqı həmin uca və səadətbəxş hədəflərlə daha çox uyğunlaşdırasınız.
Sizin ölkəniz və millətiniz qarşdakı uzun yolda belə insanlara ehtiyaclıdır. Sizin və bütün İran gənclərinin, tələbələrinin möhkəm iradəsi və ardıcıl təlaşı hər yerdə İran İslam Respublikasına qarşı düşmən cəbhəsinin hər vasaitə ilə planlaşdırdığı fitnəkarlıqlarını təsirsizləşdirən yeganə yoldur. Ümidlə dolu qəlbinizi, maddi və mənəvi iqtidarınızı hazır saxlayın. Əlim və Həkim Allaha təvəkküllə irəli gedin. Allah köməyiniz və mühafiziniz olsun.

Seyid Əli Xamenei

Vilayet.info


7444 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP