22 Yanvar 2016
Şah, İmamın İslam hökuməti nəzəriyyəsi barədə eşidəndə...
Əksər alimlər fəqihin vilayətini qəbul edirdi, amma...
İmam Xomeyninin (r) Vilayəti-fəqih nəzəriyyəsi məntiqi və zamanın şərtlərinə uyğun bir yol keçib. İmam “Kəşful-əsrar” kitabında İmam Əsrin (əc) qeybi dövründə fəqihlərin hakimiyyəti mövzusunu xülasə şəkildə açıqlayıb. İmam Xomeyni bu kitabda mövzunun xalq üçün hələ ki çətin anlaşıldığını nəzərə alaraq təfərrüata varmır.
“Təhrirul-vəsilə” kitabında mövzu daha əhatəli nəzərdən keçirilir. İmam eyni zamanda artıq xalqın bu nəzəriyyənin qəbuluna hazır olduğunu düşünür. O, istibdadla mübarizənin elmi yolu üzərində işləyir. İmam vilayəti-fəqihin qurulmasını nəinki mümkün, hətta zəruri sayır. Bu elə bir zamanda baş verir ki, bir çox fəqihlər yalnız İslam hökuməti qurmaq üçün şərait yaranan zaman fəqihin vilayətini vacib sayırdı. Məşrutə inqilabının ideoloqlarından olan mərhum Naini fəqih üçün vilayət haqqını tanısa da bunu təcrübədə mümkün saymırdı. Elə bu əqidə ilə məşrutəyə üz tutmuşdu.
İmam Xomeyninin Nəcəfdə Vilayəti-fəqih haqqında söhbətləri Qum Elm Hövzəsini hərəkətə gətirdi. Nəcəfdə iki qrup İmam qarşı çıxırdı. Bir qrup alim İmamın nəzəriyyəsini yetərincə araşdırmadığı üçün qərəzsiz şəkildə müxalif mövqe tutmuşdu. İkinci qrup isə dini dünyadan təcrid edən, siyasətdən uzaq, şah səltənətinə bağlı alimlər idi.
Maraqlıdır ki, İran xarici işlər naziri Xələtbəri İmamın İslam hökuməti nəzəriyyəsi barədə şaha danışanda şah özündən çıxır. O bilir ki, İmam bu mövzuda Nəcəfdə çıxış etsə də məqsədi İrandır. Xalqı İmamın İslam hökuməti nəzəriyyəsindən xəbərsiz saxlamaq üçün SAVAK ölkə boyu bütün çapxanalar, kitab satışı mərkəzlərini nəzarətə götürdü...
Vilayet.info