Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

Maksimum tələblərlə qələbə qazanıldı!

Ayətullah Xamenei Qum əhalisi ilə görüşdü
Bu gün (19 dey, 1394) Cənab Rəhbər Ayətullah Xamanei tarix yaradan 19 dey (1356) qiyamının ildönümü münasibətilə Qum əhalisi ilə görüş keçirib.

Ayətullah Xamenei buyurub:

Uzun illər mübarizə, İmam Xomeyninin (r) bəyanatları, mərcəiyyət və ruhaniyyətin məqamı şah rejimi ilə mübarizə üçün xalqda zəmin yaratmışdı. 19 dey qiyamı bu həyati mübarizəni işə saldı... Bu tarixi qiyam İmamım müdafiəsi üçün başladı, sonrakı hadisələr İslam İnqilabının qələbəsi ilə nəticələndi...
İndiki şəraitdə də İran İslam Respublikası Amerika, sionist rejim, imperialist qüvvələr, təkfirçi və İŞİD-çi ünsürlər daxil olan düşmən bir cəbhə ilə üzbəüzdür. Əgər ilahi qayda şərtlərinə - dözüm, bəsirət və lazım gələn anda hərəkət şərtlərinə əməl etsək, şübhəsiz İslam İnqilabında olduğu kimi bu geniş cəbhəyə qalib gələ bilərik...
Neftin milliləşməsi hərəkatında xalqın istəyi minimum bir istək idi: milli neft sərmayəsi İngiltərənin nəzarətindən çıxsın! Məşrutədə də xalqın istəyi minimum istək idi: şahın ixtiyar və iqtidarı məhdudlaşdırılsın! Bu iki hadisədə minimum istəklərlə müydana çıxan xalq məğlub oldu. Amma bu xalq İslam İnqilabında hərtərəfli müstəqillik, şah hakimiyyətinə son qoyulması kimi maksimim tələblərlə qələbə qazandı...
1388-ci ildə amerikalılar İranda seçkiləri bəhanə edib bəzi ölkələrdəki uğurlu təcrübələrini (rəngli inqilablar) bizdə də səhnəyə çıxarmaq istədilər. Seçkidə məğlub olmuş azlığa siyasi dəstək, maliyyə dəstəyi verib nəticələrə təsir göstərmək istədilər. Amma xalqın səhnədə hüzuru ilə onların rəngli qiyamı məğlub oldu...
Xalqın seçkilərdə iştirakında özünü göstərən məsuliyyət hissi düşməni nakam qoyur və bu məsuliyyət inqilabın əbədiliyi amilidir... Keçmişdə olduğu kimi israr edirik ki, hamı, hətta respublika və rəhbərliyi qəbul etməyənlər də seçkidə iştirak etsin. Çünki seçkilər xalqın, İranın haqqıdır... Baxışlar fərqli ola bilər və bunun eybi yoxdur. Əsas odur ki, çalışaq və diqqətli olaq, seçki düzgün keçirilsin...
Bəziləri təsəvvür edir ki, Xibrə Məclisi ildə bir-iki iclas, çıxış üçün yaradılıb. Bu yanlış təsəvvürdür. Xibrə Məclisi ona görədir ki, bir gün hazırki rəhbər həyatda olmasa, inqilabi hərəkatın əsas aparıcısı olan rəhbəri seçsin və bu çox mühüm məsələdir...

Vilayet.nuraz.in


7176 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP