Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Qara ciyər piylənməsinə qarşı

Qara ciyər toxmalarında piy yığılması və qara ciyərin iltihabı qara ciyər piylənməsi (fatty liver) deyilən xəstəliyə səbəb olur. Bu xəstəliyə daha çox alkaqollu içkilərin məsrəfi səbəb olur. Amma xəstəliyin şəkər, köklük, pis qidalanma kimi səbəbləri də var.

Həyat maşınlaşdıqca, insanların hərəkəti azaldıqca, kolorili yeməklər artdıqca, həyat şəraiti bir növ modernləşdikcə qara ciyər piylənməsi kimi xəstəliklər də artır. Şəkər, qan təzyiqi, infarkt, xərçəng keçmişdə az təsadüf olunan xəstəliklər idi. Hansı ki bu gün bu xəstəliklər geniş yayılıb. Qara ciyər piylənməsi də bu sıradandır.

1991-ci ildə qara ciyər piylənməsindən ölüm statistikasında böyük sıçrayış yarandı. Xəstələrin 50 faizi məhz düzgün olmayan həyat şəraitinə görə bu xəstəliyə yoluxmuşdular. Unutmayaq ki, alkaqollu içkilər və ya piyli qidalar təklikdə qara ciyər piylənməsinə səbəb ola bilər. İki amil birləşdikdə xəstəlik ehtimalı daha da artır.

Xəstəliyin qarşısını almaq üçün profilaktika daha böyük əhəmiyyət kəsb edir.

1.Alkaqollu içkilərdən çəkinin. Qara ciyərin funksiyalarından biri qanın tərkibindəki zəhərləri təmizləməkdir. Qara ciyərin təmizləmə gücü qeyri-məhdud deyil. Alkaqollu içkilər qara ciyərin zəhərləri təmizləmə funksiyasını ağırlaşdırır və bu funksiyanı pozur.

2.Yanlış fikirlərdən uzaq olun. Bəziləri düşünür ki, yalnız spirtli içkilərə aludəçilik, alkaqolizm qara ciyər piylənməsi yaradır. Amma orqanizmlərin alkaqola riyaksiyası fərqlidir. Bəziləri az da içsə tez aludə olur və qara ciyər piylənməsinə tez yoluxur.

3.Piyli və yağlı qidalardan uzaq olun. Qeyd etdik ki, qara ciyər yağlanması alkaqol və qeyri-alkaqol yönlü olur. Qeyri-alkaqol yönlü piylənmə qanda yağlılıqla birbaşa əlaqəlidir. Hazırda hər beş nəfərdən biri qeyri-alkaqol yönlü qara ciyər piylənməsindən əziyyət çəkir. Yağlı xörəklər, köklük qara ciyər piylənməsinin əsas səbəblərindəndir. Kafelərdə, yol üstü yeməkxanalarda adətən sendviç, sosis və kolbas, şirniyyat kimi qidalar daha çox təklif olunur. Yemək rasionunda belə kolorili yeməkləri azaldın. Alkaqol və yağlı xörəklər qara ciyərə dağıdıcı təsir göstərir. Bir şəxs həm yağlı qidalanırsa, həm də spirtli içkilərdən istifadə edirsə onun bu xəstəliyə yoluxma ehtimalı qat-qat artır.

4.Orqanizminizdə qan yağlılığı, qanda şəkər, qan təzyiqinə nəzarət edin. Qara ciyər piylənməsi yaradan səbəblərdən biri qanda xolestrolun artmasıdır. Qan təzyiqi, şəkər birbaşa bu xəstəliyə yol açır.

5.Bel ölçünüzə nəzarət edin. Piy adətən qarın nahiyəsində yığışır və qarında böyümə gedir. Bel ölçünüzə nəzarət etməklə piylənmədən xəbər tuta bilərsiniz. Qarında piylənmə nəticəsində toxumaların insulin hormonuna həssaslığı azalır. Bu zaman şəkərə yoluxma ehtimalı artır. Şəkər isə qara ciyər piylənməsinin əsas səbəblərindəndir. Bel ölçüsü 80 sm-dən artıq olan xanımlarda şəkər və qara ciyər piylənməsi təhlükəsi böyükdür.

6.Qara ciyər piylənməsi kişilərdən daha artıq qadınları hədələyir. Qadınlar bu xəstəliyə daha çox yoluxur.

7.Ardıcıl idmanla məşğul olun. İdman qanda şəkərin miqdarını tənzimləyir, qanda yağlılığı azaldır. Ən çox tövsiyə olunan idman növü gimnastika və gəzintidir.

8.Xəstəliyə nəzarət edin. Hepatit sözünün lüğət mənası ciyər iltihabıdır. Hepatit B QİÇS xəstəliyindən daha yoluxucudur. Hepatit B xəstəliyi qara ciyər xəstəliyinə yoluxma ehtimalını artırır.

9.Qara ciyər piylənməsinin əlamətlərini yadda saxlayın. Bu əlamətlər sırasına qarının aşağı və sağ hissəsində ağrı, ürəkbulanma, ishal, sarılıq daxildir. Zəiflik, yorğunluq, iştahasızlıq da qara ciyər piylənməsinin əlaməti ola bilər.

10.Qədim tibb, bitki müalicəsindən istifadə edin. Amerika universitetlərində belə bir qənaətə gəliblər ki, dəvətikanı (Alhagi maurorum) qara ciyər piylənməsinin qarşısını alır, bu xəstəliyin müalicəsində faydalıdır.

Nur-az.com/tebyan


8381 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP