21 Noyabr 2015
Hüseyn ibn Əli (ə) yolu - Müqavimət
İnqilabımızın qələbəsindən öncə getdiyimiz yol Hüseyn (ə) yolu - yəni düşməndən qorxmamaq və qüdrətli düşmənlə mübarizəyə girmək idi
Kərbəla bizim daimi örnəyimizdir. Kərbəla düşmənin əzəməti qarşısında insanın tərəddüdə düşməməsi üçün bir misaldır. Bu, sınaqdan çıxmış bir örnəkdir. Düzdür, erkən İslam çağında Hüseyn ibn Əli (ə) 72 nəfərlə şəhadətə qovuşdu, lakin mənası bu deyil ki, kim Hüseynin (ə) yolunu gedirsə və kimlər mübarizə aparırlarsa, mütləq şəhid olmalıdırlar. Xeyr, xalqımız Allahın lütfü ilə bu gün Hüseynin (ə) yolunu təcrübə edib İslam xalqları və dünya xalqları arasında başucalığı və əzəmətlə yaşayır. Sizin inqilabın qələbəsindən öncə getdiyiniz yol Hüseyn (ə) yolu - yəni düşməndən qorxmamaq və qüdrətli düşmənlə mübarizəyə girmək idi. Müharibə dövründə də belə oldu. Bizim xalqımız bilirdi ki, onun qarşısında Şərq və Qərb dünyası və bütün imperializm dayanmışdır. Lakin qorxmadı. Düzdür, biz dəyərli şəhidlər verdik, əzizlərimizi itirdik, bizim əzizlərimiz sağlamlıqlarını əldən verdilər, əlil oldular, bəzi əzizlərimiz bir neçə il əsirlikdə qaldılar. Lakin xalq bu fədakarlıqlarla izzət və əzəmətin zirvəsinə çatmışdır, İslam izzətli olmuşdur, İslam bayrağı ucalmışdır. Bu sözügedən müqavimətə görədir.
Ayətullah Seyid Əli Xamenei