Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

ÖZÜNÜ UNUTMAQ

"Xalq onlarla hesab aparmamış, özləri özləri ilə hesab aparsalar..."
Bəzi mömin, məsuliyyətli və qayğıkeş fərdlər canıyananlıq səbəbindən dövlət məsullarını tənqid edib onların əməl və rəftarlarını diqqətlə araşdırsalar da, özləri vəzifə kürsüsünə qalxıb, iş sahibi olan kimi bir növ özlərini unudur, əməl və rəftarlarına nəzarət etmirlər. Sanki onların vəzifə kürsüsünə oturması ilə bütün problemlər həll olunur, bütün müşküllər aradan qaldırılır.
Həzrət Əli (ə) təkəbbür və eqoistliyə səbəb olan bu sayaq özünü unutmağın qarşısını almaq üçün Malikin diqqətini bir o qədər də uzaq olmayan keçmişə yönəldir. Xatırladır ki, dünənədək sən və sənin kimilər məsulların əməl və rəftarlarına nəzarət edir, onlara eyb tuturdu. Bu gün isə sənin də əməl və rəftarların sual altına alınacaq. 

Həzrət Əli (ə)buyurur:
“Ey Malik, bil ki, mən səni səndən öncə həm ədalətli və insaflı, həm də zalım və sitəmkar hakimləri olmuş şəhərlərə göndərdim. Şübhəsiz, bundan öncə sən hakimlərin işinə diqqətli olduğun kimi, xalq da sənin işlərinə diqqətli olacaq. Sən başqaları haqqında nə demisənsə, indi həmin sözlər sənin haqqında deyiləcək.”

Aydındır ki, məsullar həzrət mövlanın yalnız bu sifarişini diqqət mərkəzində saxlasalar, xalq onlarla hesab aparmamış, özləri özləri ilə hesab aparsalar, bu hesab-kitabda yalnız Allahı nəzərə alsalar (nəfsə uymasalar), bütün bu nöqsanlar aradan qalxar.


5885 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP